“Azərbaycan yığması dünya boksunun lider komandalarından biridir”
Tarix: 15.04.2014 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Azərbaycan boksunun inkişafı AİBA-nın diqqətindən yayınmır. Bu haqda AİBA prezidenti Çinq-Kuo Vu deyib. Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında dünya birinciliyi
start götürüb.

Yarış öncəsi təşkil olunan mətbuat konfransına qatılan Vu Azərbaycan yığmasını dünya boksunun lider komandalarından biri hesab edib: “Dünya birinciliyinin favoritlərini açıqlamaq istəmirəm. Lakin Rusiya, Qazaxıstan və Azərbaycanı qeyd etməmək olmur. Həmin ölkələr Sofiyaya ən yaxşı boksçuları ilə gəliblər. Buna baxmayaraq, Bolqarıstanın da şansı pis deyil, çünki yaxşı idmançıları var”. İlk yarış günündə Azərbaycan idmançılarından yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb. Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb. Həmyerlimiz 1/16 funal mərhələsində Kanada təmsilçsi Adrian Halfordla üz-üzə gələcək. Qeyd edək ki, yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info