Krımoğluna Türkiyənin Cümhuriyyət Nişanı təqdim edilib
Tarix: 15.04.2014 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Türkiyə prezidentinin iqamətgahında Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğluna Türkiyənin Cümhuriyyət Nişanının təqdim edilməsi münasibətilə rəsmi mərasim keçirilib. Prezident Abdulla Gül Mustafa Krımoğluna Cümhuriyyət Nişanını təqdim edib. Gül çıxışında bildirib ki, bu nişan dövlət başçısı olmayan bir xarici ölkə vətəndaşına verilən ən yüksək mükafatdır: “Bu nişanı ömrünü Krım tatarlarının haqlı mübarizəsinə həsr edən hörmətli Krımoğluna təqdim etməkdən çox böyük qürur duyuram”.
A. Gül deyib ki, Krım tatarların ana vətənidir və bölgənin yerli əhalisi olan tatarların Krımdakı keçmişi XIII əsrdə qurulan Altınordu dövlətinə qədər uzanır: “1944-cü ildən etibarən sovet kommunizminin həyata keçirdiyi zorakı sürgün nəticəsində Krım tatarları ana vətənlərindən qoparılıblar və Özbəkistan, Baltik ölkələri, Rumıniya, Bolqarıstan və Rusiyanın bir çox yerlərinə köçürülüblər. Bundan başqa, yüz minlərlə tatar Türkiyəyə gəlib. Altı aylıq olarkən Özbəkistana sürgün edilən Krımoğlunun həyatı Krım tatar xalqının çəkdiyi zülmlərin qısa bir hekayəsidir. Bir az əvvəl iztirablı həyat hekayəsini dinlədiyimiz bu fədakar insan 1986-cı ildə azadlığa buraxılana qədər 15 ilini həbsxanalarda və islah-əmək düşərgələrində keçirib. Əlbəttə ki, bu əzablar əvəzsiz qalmayıb, Krım tatarları ana vətənlərindən sökülüb atılmalarının mümkün olmadığını bütün dünyaya göstərib. Hörmətli Krımoğlunun liderliyi altında gedən bu azadlıq mübarizəsi tarixə qızıl hərflərlə yazılıb”. Krımoğlu isə çıxışında aldığı mükafatdan məmnun olduğunu söyləyərək bunun çətin günlərində Türkiyənin Krım tatarlarına verdiyi dəstəyin bir nişanəsi olduğunu vurğulayıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info