Sabirabadlılar fasiləsiz işıqla təmin olunub
Tarix: 15.04.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Sabirabad rayonu Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinləri bəzi mətbu nəşrlərdə “İcra başçısı Sabirabadda üsyan yetişdirir” başlığı altında verilmiş yazıya etiraz ediblər.
Sakinlər tərəfindən “Azadinform”a daxil olan müraciətdə bildirilir ki, guya Qasımbəyli-Əsgərbəyli -Yuxar Axtaçı-Muradbəyli kəndlərində işıq yoxdur, işıq borclarına görə əhalini cərimələyirlər, əkinləri suvara bilmirik, torpaqlar ayrı-ayrı adamlara satılıb. Üstəlik kənd sakinləri kimi bizim, xüsusilə Qalib Ənnağıyevin, Hikmətəli Əsgərovun, Elşad Cənnətovun adlarından da yalan ifadələr işlədilib: “Tamamilə ağ yalandır. Bizim fasiləsiz işığımız var. Hazırda kəndlərimizdə elektrik təsərrüfatı yenidən qurulur, sibkabelləşmə gedir. Torpaqlarımız da özümüzdədir, heç kimə də satılmayıb. Əkinlərimizin suvarılmasında da heç bir çətinliyimiz yoxdur. Bu gün kəndlərimizi görsəniz yaxşı mənada tanımazsınız. 2010-cu ilin sel fəlakətindən sonra kəndlərimizdə daşdan yeni evlər, məktəblər, xəstəxanalar, uşaq bağçaları tikilib. Hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində kəndlərimiz yaraşıqlı qəsəbəyə çevrilib. Allah onun canını sağ eləsin, çox minnətdarıq ona. Biz - Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinləri, o cümlədən yazıda adına yalanlar uydurulmuş şəxslər birmənalı olaraq qərəzli və böhtan xarakterli bu kimi yazılardan hiddətlənirik”. Qeyd edək ki, müraciəti Sabirabad rayonu Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinləri - Qoca Atakişiyev, Hikmətəli Əsgərov, İnqilab Zərbəliyev, Əlövsət Ənnağıyev, Afaq Əliyev, Elşad Cənnətov, Qalib Ənnağıyev, Məmməd Muxtarov, Zahid Məmmədov, İlyas Muxtarov, Qüdrət Əkbərov və Murad Daşdiyevlə bərabər daha 183 nəfər imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb
18.02.2019
Ötən il Azərbaycanda 2752-i əkiz, 117 üçəm doğulub
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info