MTN ölkəyə 36,5 kq narkotik vasitənin gətirilməsinin qarşısını alıb
Tarix: 15.04.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına 36 kiloqram 500 qram narkotik vasitənin daşınmasının qarşısı alınıb.
MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Eldar Qurban oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rza adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan qaçaq yolla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirmişlər. Məlum olmuşdur ki, 2013-cü ilin təxminən yanvar ayının əvvəllərində «Ağa» ləqəbli Rza adlı İran vətəndaşı külli miqdarda narkotik vasitə olan heroinin İrandan Azərbaycana gətirilməsini təşkil etmiş və Eldar Həsənova həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürüb Rusiya Federasiyasına göndərməyi tapşırıb. Eldar Həsənov da həmin narkotik vasitəni oradan götürərək başqa bir yerdə gizlədib. MTN-in əməliyyat tədbirləri nəticəsində Eldar Həsənov saxlanılın, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilən baxış zamanı 25 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülüb. MTN tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycana qaçaq yolla narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Əkbərov Tofiq Ağabala oğlu və Bağırov Zaur Abasəli oğlu saxlanılmışlar. Baxış zamanı təxminən 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilərək götürülüb. Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən cinayət işləri başlanılıb, Eldar Həsənov, Tofiq Əkbərov və Zaur Bağırov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info