BANM-də Pototski ilə bağlı konfrans keçirilib
Tarix: 16.04.2014 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri Polşa Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları ilə birgə XX əsrin əvvəllərində Bibi Heybət ərazisində dənizin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynamış polşalı mühəndis Pavel Nikolayeviç Pototskinin "Bayıl limanı" ərazisindəki qəbrini ziyarət edib və məzarın üstünə gül dəstələri qoyublar.
BANM-dən verilən məlumata görə, sonra Bakı Ali Neft Məktəbinin akt zalında əfsanəvi mühəndis Pavel Pototskinin anadan olmasının 135-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor Elmar Qasımov müstəqil Azərbaycanın banisi Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi irsimizin öyrənilməsinə və təbliğinə, Azərbaycanın tarixində əhəmiyyətli rol oynamış şəxslərin xatirəsinin yad edilməsinə xüsusi önəm verdiklərini qeyd edib, ölkəmizin neft tarixinə şanlı səhifələr yazmış polşalı mühəndis Pavel Pototskinin Bibi Heybət ərazisindəki dənizin bir hissəsində torpaqlama işlərinə rəhbərlik etdiyini, bu hadisənin dünya tarixində dənizdə neft hasilatının başlanğıcı kimi tanındığını, qədirbilən Azərbaycan xalqının bu işdə böyük fədakarlıq göstərmiş Pavel Pototskinin xatirəsinə hörmət və ehtiram bəslədiyini qeyd edib.
Konfrans iştirakçıları Pavel Pototskinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru professor Ramiz Hümbətov "Bayıl limanı" ərazisində neft hasilatının tarixi və polşalı mühəndis Pavel Pototskinin ərazinin torpaqlanmasında və neft hasilatında rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Pototskilər nəslinin mənşəyi, bu nəslin görkəmli nümayəndələrinin həyat yolu təhsili, fəaliyyətləri, 1803-cü ildən başlayaraq Bibi Heybət ərazisində dənizdə neft hasilat etmək üçün müxtəlif zamanlarda təşəbbüs göstərmiş mütəxəssislər, onların irəli sürdüyü layihələr, qarşılaşdıqları çətinliklər, bu işlərə hökumət orqanlarının münasibəti haqqında məlumatlar öz əksini tapıb.
Polşalı mühəndis Pavel Pototskinin 1911-1932-ci illər ərzində Bibi Heybət ərazisinin bir hissəsinin torpaqlanmasında fövqəladə rol oynadığı tarixi faktlar əsasında şərh edilmiş, onun dünya miqyasında analoqu olmayan torpaqlama layihələrinin müəllifi və bilavasitə icraçısı olduğu haqqında məlumatlar diqqətə çatdırılıb, Pavel Pototskinin rəhbərliyi altında mürəkkəb mühəndis qurğularının və texnologiyaların yaradılması nəticəsində dünyada ilk dəfə olaraq dəniz ərazisində neft hasilatına nail olunduğu qeyd edilib.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Polşadakı Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Həsənov müstəqil Azərbaycanla Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının tarixi, bu əlaqələr çərçivəsində siyasi, iqtisadi və mədəni əməkdaşlıq istiqamətlərində həyata keçirilmiş layihələr, onların hər iki ölkənin həyatına verdiyi töhfələr, Azərbaycan-Polşa əlaqələrinin bugünkü vəziyyəti və perspektivləri haqqında məruzə edib. O, Bakı Ali Neft Məktəbinin kollektivi tərəfindən görkəmli mühəndis Pavel Pototskinin xatirəsinin yad edilməsinin təqdirəlayiq olduğunu və Polşa- Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mixail Labenda Polşa- Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu, XIX əsrdən başlayaraq bir çox polşalı mütəxəssislərin Azərbaycanda, Bakıda fəaliyyət göstərdiklərini, polşalı memarların müəllifləri olduğu çoxsaylı binaların unikal memarlıq abidələri kimi indiyə kimi qorunub saxlandığı, Azərbaycanda işləmiş polyak mənşəli mütəxəssislərin sırasında yol mühəndisi Pavel Nikolayeviç Pototskinin şəxsiyyətinin və fəaliyyətinin xüsusi qiymətə layiq olduğunu vurğulayıb, Pavel Pototskinin Bibi Heybət ərazisində torpaqlama işlərində rolundan danışıb, bu şəxsin həm polşalı, həm də azərbaycanlılar üçün qürur mənbəyi olduğunu qeyd edib və Pavel Pototskinin xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan hökumətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinə və Bakı Ali Neft Məktəbinin kollektivinə minnətdarlığını bildirib.
Konfransda rejissor Ziya Şıxlinskinin "Şopenin qayıdışı" qısametrajlı filmi nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info