Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək
Tarix: 16.04.2014 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Dərbənd şəhərinin 2000 illiyi münasibətilə buradakı Heydər Əliyev küçəsində Olimpiya kompleksi tikəcək. Bu barədə “RİA Novosti” Dağıstan Respublikası hökumətinin sədri Abdusamad Həmidova istinadən xəbər verib.
Bu barədə qərar Həmidovun sədrliyi ilə Dərbənd şəhər administrasiyasında keçirilən Azərbaycan Respublikasının Dərbəndin 2000 illiyi ilə bağlı bayram tədbirlərində iştirakı məsələsi ilə bağlı işçi iclasda qəbul edilib.
İclasda Azərbaycanın vergilər nazirinin müavini Sahir Məmmədxanov, Vergilər Nazirliyinin Maliyyə və Təsərrüfat İdarəsinin rəisi Məhəmməd Balaqadaşov, Dağıstan hökumətinin və administrasiyasının başçısı Ramazan Əliyev, iqtisadiyyat və ərazi inkişafı naziri Rayudin Yusufov, inşaat, arxitektura və mənzil-kommunal təsərrüfatı naziri Musa Musayev, bədən tərbiyəsi və idman nazirinin birinci müavini Zeynal Salautdinov, "Dərbənd şəhəri" şəhər dairəsinin rəhbəri İmam Yaraliyev və başqaları iştirak ediblər.
Həmidov iclas zamanı bildirib ki, bayram təntənələrinə çox az vaxt qalıb, qarşıda böyük həcmdə işlər yerinə yetirilməlidir, ona görə də bütün təşkilati məsələləri həll etmək və təsdiqlənmiş layihələrin reallaşdırılmasına başlamaq vacibdir.
Müşavirədə müzakirələrin əsas mövzusu Heydər Əliyevin adına daşıyan küçənin yenidən qurulması və Olimpiya Kompleksi üçün yerin müəyyən edilməsi olub. Bu işin yerinə yetirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb.
Habelə müşavirə iştirakçıları Heydər Əliyev küçəsinə, Nizami adına parka, həmçinin Olimpiya Kompleksinin tikintisi üçün nəzərdə tutulan sahəyə baxış keçiriblər. Müşavirə zamanı yenidənqurma işlərinin Azərbaycan tərəfinin öz üzərinə götürdüyü Heydər Əliyev küçəsində Olimpiya Kompleksinin tikintisi haqqında qərar qəbul edilib.
Həmidov bildirib: "Bu, stadion, üzgüçülük hovuzu, eləcə də şəhər sakinlərinin istirahəti üçün park zonasını özündə birləşdirən çox gözəl idman obyektlərindən biri olacaq. Biz qərara aldıq ki, hər halda idman kompleksini şəhərdə tikmək məqsədəuyğundur, çünki orada daha çox uşaq və yaşlılar məşğul ola biləcəklər".
Heydər Əliyev küçəsi dənizin sahilindəki Drojjina küçəsindən, eləcə də qədim müsəlman ibadətgahının yerləşdiyi Qırxlar qəbiristanlığınadək tamamilə bərpa olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info