III “Univiziya“ Tələbə Mahnı Müsabiqəsinin yarımfinalı keçirilib
Tarix: 16.04.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə ATGTİ tərəfindən reallaşdırılan III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin yarımfinal mərhələsi 16 aprel tarixində Heydər Əliyev Sarayında baş tutub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, 22 təhsil müəssisəsinin qatıldığı yarışda 14 ifaçı finala vəsiqə qazanıb.
Mədəniyyət, incəsənət xadimləri və musiqiçilərdən ibarət münsiflər heyətinin qərarını açıqlayan respublikamızın Əməkdar Artisti Tünzalə Ağayeva və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov aprelin 21-də keçirilək III "Univiziya" Tələbə Mahnı Müsabiqəsinin finalında birincilik uğrunda mübarizə aparacaq finalçıları elan ediblər.
Beləliklə "ADA" Universiteti Günay Bədəlova, Azərbaycan Kooperasiya Universiteti Üzeyir Quliyev, "Xəzər" Universiteti Musa Abdullayev, Naxçıvan Dövlət Universiteti (qrup) Li Cin, Samson Odigiye, Olubayo Cozef Onanuqa, Ece Fatoş, Milli Aviasiya Akademiyası Ülkər Cəfərli, Bakı Dövlət Universiteti Əlihüseyn Quluzadə, "Odlar Yurdu" Universiteti (qrup) Elvin Əlləzov, Xumar Cavadova, Səid Təhməzov, Arzu İsmayılova, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Aytəkin Bədəlova, Azərbaycan Tibb Universiteti Şamxal Məcidov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Orxan Nərimanzadə, "Elm və Təhsil Mərkəzi" Təfəkkür Universiteti Taleh Bədirxanov, Bakı Slavyan Universiteti Kəmalə Novruzova, Azərbaycan Dövlət Neft Akademiyası "Old Academy" qrupu və Bakı Dövlət Sosial-İqtisadi Kolleci Mərdan Kazımov finalda qalibiyyət uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, qalib mayda Bakıda keçiriləcək II Beynəlxalq "Univision" Tələbə Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info