Mübariz Qurbanlı: “Beynəlxalq təşkilatlar hamıya eyni gözlə baxsın”
Tarix: 16.04.2014 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


"Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün yekunlarına dair iclasında çıxışında xarici siyasət və Dağlıq Qarabağ məsələsi ilə əlaqədar çox dəqiq fikirlər ifadə etdi. İclasda hazırda dünyada beynəlxalq münasibətlərdə yaşanan böhran və onu törədən səbəblər barədə danışılıb". Bunu “Trend”ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemində çox dərin bir böhran yaşanmaqdadır: "BMT, digər qurumların qətnamələri, qərarları yerinə yetirilmir və bu da bir anormallıqdır. Ona görə də cənab Prezident bu məsələlərə toxundu və haqlı olaraq qeyd etdi ki, sanksiyalar sistemi, sanksiyaların tətbiqi məsələsi gündəmdədirsə, bu sanksiyalar Ermənistana və Dağlıq Qarabağda işğalçılıq hərəkətləri yerinə yetirən şəxslərə də tətbiq olunmalıdır. Bu sanksiyaların zamanında təcavüzkar Ermənistana və bu təcavüzkarlığı həyata keçirənlərə tətbiq edilməməsi ikili standartın bariz nümunəsidir".

Deputat hesab edir ki, bu kimi hadisələr indiki şəraitdə beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaradıb: "Əgər bu gün hansısa bir ölkə başqa ölkənin ərazisini özünə birləşdirməyə görə sanksiya ilə üzləşirsə, bu sanksiya Ermənistana da tətbiq olunmalıdır. Yəni beynəlxalq münasibətlər sistemində ikili yanaşma baş verdikdə, istər-istəməz bir bumeranq kimi qayıdıb ikili yanaşmanı tətbiq edənlərin özünə dəyəcək. Ona görə də cənab Prezidentin söylədiyi fikirlər tamamilə haqlıdır və hesab edirəm ki, bizim diplomatiyamızın da bu istiqamətdə gördüyü işlərə bir dəstəkdir və bizim beynəlxalq təşkilatlardakı fəaliyyətimiz üçün bir örnəkdir".

M.Qurbanlı hesab edir ki, Ermənistana da mütləq sanksiyalar tətbiq olunmalıdır və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir: "Yəni Ukrayna hadisələrində beynəlxalq münasibətlər sisteminin bütün qanunlarını və qaydalarını tətbiq etməyə çalışdıqları halda, Dağlıq Qarabağ məsələsində biz bunu görmədik. Ölkələrin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatlar bir araya gəlib sanksiyalar tətbiq edirlərsə, qərarlar qəbul edirlərsə, etsinlər, amma bunu hamıya tətbiq etsinlər, hamıya eyni gözlə baxsınlar".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info