Rumıniya mətbuatında Kəlbəcərin işğal edilməsi ilə bağlı məqalə
Tarix: 16.04.2014 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Rumıniya mətbuatında Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı məqalə dərc olunub. Azərbaycanın Rumıniyadakı səfirliyinin yaydığı məlumata görə, aprelin 14-də Rumıniyada geniş oxucu kütləsinə malik “Ultima ora” (son saat) qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürovun “Beynəlxalq hüququn kobud şəkildə pozulması - Azərbaycanın Kəlbəcər rayonunun işğalından 21 il keçir” (http://ultimaora.digi.ro/wp-content/uploads//Azerbaidjan.pdf) sərlövhəli məqaləsi dərc olunub, internet səhifəsində isə eyni adlı məlumat yerləşdirilib.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, hüquqi aspektləri, Ermənistanın işğalçı siyasəti, münaqişənin sülh yolu ilə həlli prosesi, habelə təcavüzkar Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi barədə geniş məlumat verilib.
Məqalədə, həmçinin Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından olan Kəlbəcərin ölkənin əhəmiyyətli strateji nöqtəsi sayıldığı, mühüm təbii resurslarla, tarixi mədəniyyət abidələri ilə zəngin olduğu, strateji üstünlüklərə malik Kəlbəcəri işğal etməsi ilə qısa zamanda Ermənistanın Azərbaycanın daha 5 rayonunu işğal etdiyi göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info