Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafının təminatçısıdır
Tarix: 16.04.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasında iqtisadi amilə həlledici önəm verib, bu kontekstdə ölkənin bütün regionlar üzrə inkişafı xüsusi diqqətdə saxlanılıb. Azad sahibkarlığın inkişafına daim diqqət göstərilib, ölkənin sosial-iqtisadi inkişafı bilavasitə regionlarla, onun tərəqqisi ilə əlaqələndirilib. Bütün bunlar Heydər Əliyev strategiyasının ölkə regionlarının inkişafında həlledici rol oynadığını göstərir. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Azərbaycanın mərkəzində və regionlarda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb. Onun rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verib. Ölkədə həyata keçirilən iqtisadi siyasət regionların, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətlənməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəlib.
Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılıb. İqtisadiyyatın ümumi inkişafı ilə yanaşı ölkənin aqrar sahəsinin də inkişafı daim ulu öndərin diqqət mərkəzində olub. Ulu öndərin təşəbbüsü ilə “Torpaq islahatları haqqında”, “Kolxoz və sovxozların islahatları haqqında”, “Aqrar islahatın əsasları haqqında” qanunlar qəbul edilib. Bu qanunların icrası ilə bağlı ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrilib, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olunublar.
2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı. Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlar və institusional inkişaf nəticəsində özəl sektorda ciddi keyfiyyət dəyişiklikləri baş verdi.
Sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən dövlət proqramının qəbul edilməsinin də regionların, regionlarda sahibkarlığın inkişafında xüsusi rolu olub. Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib. Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülüb, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılıb. 1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsi sayılır. Ümummilli lider xarici investisiyanı ölkəmizə cəlb etdi, xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaratdı. Xarici investisiyaların cəlb olunması və qorunması üçün müxtəlif ölkələrlə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri təsdiq edildi. Bunun nəticəsində ölkəmiz zaman-zaman investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrildi. Ulu öndərin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlandı. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilib, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etdi. Bu da regionlarda verginin stimulaşdırılmasına ciddi zəmin yaratdı.
Heydər Əliyev 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünü tətbiq edən və namizəd statusuna malik 32 ölkədən tamhüquqlu üzv statusunu almış ilk ölkə Azərbaycandır.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Bununla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və müvafiq dövlət proqramları təsdiq olundu. Özəlləşdirmənin başlıca məqsədlərini, dövlət proqramlarında təsbit olunduğu kimi, təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olundu.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumdaxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Bütün bu kimi tədbirlər inkişaf strategiyasının regionların sosial-iqtisadi inkişafında uğurla reallaşmasını təmin etdi.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram hansı nailiyyətlərlə yadda qalacaq?
Bu gün qeyd edilənlərin nəticəsidir ki, regionların sosial-iqtiadi inkişafı ilə bağlı artıq dövlət üçüncü dövlət proqramı uğurla həyata keçirilməyə başlanıb. 2004-cü ildən - Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən start götürən bundan öncəki proqramların reallaşdırılması regionların simasını kökündən dəyişdi və modern iqtisadi dövlət quruculuğu prosesində regionların inkişafını təmin etməkdə ən uğurlu mərhələlərdən oldu. Bu gün isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” icra edilməyə başlayıb. Bu proqram təbii ki, ilk növbədə əvvəlki proqramlardan əldə olunmuş nəticələrin daha da inkişaf etdirilməsi və onların icrasında meydana çıxan problemlərin həllinin realaşdırılmasaını nəzərdə tutur. Proqramın həyata keçirilməsində əsasən bir neçə makro səviyyəli vəzifələrin reallaşdırılacaq. Burada paytaxtla regionlar arasında inkişafda qeyri-bərabərliyin tam aradan qaldırılması, ölkə üzrə iqtisadi inkişaf paralelliyinə nail olunması, makroiqtisadi stabilliyin daha da möhkəmləndirilməsi, ölkədə kənd təsərrüfatının inkişafı, işsizliyin aradan qaldırılması kimi məsələlər prioritetdir. Həmçinin regionlarda verginin stimullaşdırıcı xüsusiyyətinin qorunub saxlanması, inkişaf etdirilməsi, kənd təsərrüfatında rəqabətqabiliyyətlilik, ixtisaslaşma və şaxələnmə prinsiplərinin önə çəkilməsi, proqramın icrası nəticəsində rəqabətqabiliyyətli və beynəlxalq səviyyədə ixrac olunan kənd təsərrüfatı məhsullarının istehsalı, ölkədə ərzaq təhlükəsizliyi məsələsində regionların rolunun önə çəkilməsi, ərzaq təhlükəszliyində strateji önəmə malik məhsulların, xüsusən də taxılın istehsalının artırılması, taxıl istehsalının ölkə tələbatını ödəyəcək səviyyəyə çatdırılması, həmçinin Azərbaycanın taxıl ixrac edən ölkəyə çevrilməsi, ölkədə regionların ixrac yönünün daha da inkişaf etdirilməsi, Avropa və dünya bazarlarında Azərbaycan regionlarında istehsal edilmiş məhsulların ixracının daha da sürətləndirilməsi, bu sahədə istehsal həmçinin artırılması kimi məsələlərin uğurla reallaşması gözləniləndir. Bu barədə bizə fikirlərini bildirən ekspert Ruslan Atakişiyev bildirdi ki, yeni iş yerlərinin yaradılması və əmək bazarına çıxarılan yeni iş yerlərinə uyğun işçi qüvvəsinin formalaşdırılması da önəm daşıyır: “Xüsusən də burada orta ixtisas, peşə və ali ixtisaslı kadrların yetişdirilməsi məqsədəuyğundur. Bu gün ölkənin sosial-iqtisadi inkişafının prinsiplərinə uyğun, biznes sektorunun tələblərinə cavab verən ixtisaslı kadrların formalaşdırılması da nəzərdə tutulur ki, bunun üçün təhsildə müvafiq pillələr üzrə kadrların yetşdirilməsinə hazırlıq da diqqətdədir. Həmçinin proqrama əsasən, Ümum Daxili Məhsulun formalaşmasında qeyri-neft sektorunun artırılmasında da regionların sosial-iqtisadi inkişafı əsasdır. Qeyri-neft sektorunda istehsal sahibkarlığının, emal sənayenin, kənd təsərrüfatının inkişafı da bu baxımdan çox prioritetdir. Bu məsələdə gənclərin və qadınların məşğulluq səviyyəsinin artırılması olduqca önəmlidir. Bu baxımdan region gənclərinin məşğuliyyətinin artırılması perspektivi də göz önünə gəlir. Burada sahibkarlar arasında qadın sahibkarların payının artması, müxtəlif qurumlarda qadın təmsilçilərin və idarəçilərin sayının artması da diqqət çəkən məsələdir”.
Regionlarda iqtisadiyyata investisiya qoyuluşunun artırılması da önəmli məsələlərdən biridir. Ölkə ərazisində bu baxımdan daxili investisiyaların artırılması olduqca vacib məqamdır. Ekspert bildirir ki, ölkə iqtisadiyyatına 25 milyard dollardan artıq investisiya qoyulub ki, bunun da 13 milyarda qədəri daxili investisiya olub. Regionlarda investisiyaların artırılması ilə yanaşı yeni innovasiyaların tətbiq olunması da qeyri-neft sektorunun çəkisinin və məşğuliyyətin artmasına, rentabelliyin yüksəlməsinə səbəb olacaq: “Yaxşı idarəetmə metodlarının regionlarda təbliği, sahibkar-dövlət münasibətlərinin inkişafı da bu baxımdan önəm daşıyır. Maliyyə bazarının və maliyyə həcminin regionlarla bağlı artırılması, maliyyə idarəedilməsi sahəsində əsaslı tədbirlərin həyata keçirilməsi də qeyd edilməli məqamlardandır. Bu sahədə də dövlət tərəfindən önəmli tədbirlər həyata keçirilib”.
Həmçinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan təmiz, genetik modifikasiya edilməmiş formada istehsalının artırılması da olduqca önəmli göstərici kimi qeyd edilə bilər ki, bu məqam da proqramda əhatə olunub.
İlkin AĞAYEV

İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Mətbuat Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar elan etdiyi “Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır” mövzusunda jurnalistlər arasında yaradıcılıq müsabiqəsinə təqdim edilir




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info