Ukrayna parlamenti ölkənin şərqində keçirilən güc əməliyyatlarını dəstəkləyib
Tarix: 16.04.2014 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radası ölkənin şərqində keçirilən antiterror əməliyyatlarının dəstəklənməsi haqqında qərar qəbul edib. “Ukrinform”un məlumatına görə, bu barədə jurnalistlərə baş nazirin birinci müavini Vitali Yarema parlamentin güc nazirlikləri rəhbərlərinin iştirakı ilə keçirilən qapalı iclasından sonra bəyan edib.
V.Yarema deyib ki, bu gün Ukraynanın şərqində asayişin və ölkəmizin bütövlüyünün təmin olunması məqsədi ilə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və bütün güc strukturları tərəfindən keçirilən əməliyyatların dəstəklənməsi haqqında qərar qəbul edib". Xatırladaq ki, son günlər Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqanskda federallaşma tərəfdarlarının mitinqləri keçirilir. Kramatorskda mitinq edənlər Ukrayna ordusuna aid 6 zirehli maşını ələ keçiriblər. İTAR-TASS xəbər verir ki, bu maşınlar antiterror əməliyyatı aparmaq üçün şəhərə girmişdilər. Fəallar zirehli maşınları mühasirəyə alıb, içərisindəki hərbçiləri tərksilah ediblər. Bu arada Ukrayna Ədliyyə Nazirliyi məhkəmə vasitəsilə “Rusiya bloku” və “Rus birliyi” partiyalarının fəaliyyətinin qadağan edilməsinə nail olmaq niyyətindədir. Ədliyyə Nazirliyi bu partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb. Baş Prokurorluq isə Ukrayna Kommunist Partiyasının vətənə xəyanət və separatçılıqla bağlı müraciət və qərarlarını araşdırır. Ədliyyə naziri Pavel Petrenko separatçılıq faktlarının qanun çərçivəsində müvafiq istintaq yolu ilə müəyyən olunacağını bildirib. “Məhkəmə Baş Prokurorluğun araşdırmalarının nəticəsi əsasında qanunauyğun qərar verəcək” - deyə nazir vurğulayıb. Nazir onu da əlavə edib ki, Baş Prokurorluq Kommunist Partiyasının qərarlarını və bəyanatlarını araşdırmaqla yanaşı, partiyanın fəaliyyətini nəzarətdə saxlayır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info