Ukraynadakı qarşıdurmada 3 nəfər ölüb, 13-ü yaralanıb
Tarix: 17.04.2014 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Ötən gecə Mariupolda hərbi hissəyə hücum zamanı ilkin məlumatlara görə, hücum edənlərdən üçü həlak olub, 13 nəfər yaralanıb, 63 nəfər saxlanılıb. Bu barədə özünün “Facebook” səhifəsində ölkənin daxili işlər naziri səlahiyyətlərinin icraçısı Arsen Avakov yazıb. Xəbəri UNİAN yayıb.
O yazıb: "Gecə Mariupolda Milli Qvardiyanın hərbi hissəsinə hücuma cavab olaraq DİN hissələri hücum edən 300 nəfərlik bandanın zərərsizləşdirilməsi üzrə əməliyyat keçiriblər".
Avakovun sözlərinə görə, hücum edənlər hərbi hissəyə yandırıcı fuqaslar və "Molotov kokteylləri" atandan və postlara atəş açdıqdan sonra Milli Qvardiyanın əsgərləri hücum edənlərə əvvəlcə xəbərdarlıq atəşi açıblar: "Xəbərdarlıqdan sonra isə Nizamnaməyə uyğun olaraq döyüş atəşi açılıb. DİN qulluqçuları arasında itki yoxdur. İlkin məlumatlara görə, hücum edən silahlılardan üçü öldürülüb, 13-ü yaralanıb, 63 nəfəri saxlanılıb. Onlardan silahlar, Rusiya operatorlarının rabitə vasitələri və telefonlar götürülüb. Saxlanılanların kimlikləri müəyyən edilir".
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info