Rabitə Nazirliyi birinci rübə yekun vurdu
Tarix: 17.04.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2014-cü ilin ilk rübünün yekunları ilə bağlı kollegiya iclası keçirilib.
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr barədə danışıb, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu bildirib.
İclas iştirakçılarının diqqətini dövlətimizin başçısının 2014-cü il 7 mart tarixli Sərəncamına cəlb edən nazir qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması və fəaliyyət sahəsinin genişləndirilməsi qarşıda böyük vəzifələr müəyyənləşdirib. Ə.Abbasov “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Dövlət proqramları və digər hüquqi sənədlərdə nazirliyin qarşısında qoyulan mühüm tədbirləri bir daha xatırladaraq, növbəti illərdə sektorun üzərinə düşən vəzifələrdən, gələcək hədəflərdən söz açıb.
Daha sonra kollegiya iclasında ilin ilk rübündə rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
Bildirilmişdir ki, cari ilin birinci rübündə informasiya-kommunikaisya texnologiyaları (İKT), informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3 faiz artıb. Həmçinin İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz təşkil edib. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abonentlərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə çatıb. Əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanların nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 geqabayt - saniyəyə çatdırılıb.
Sonra məruzə ətrafında müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov dinamik inkişafın təmin edilməsi məqsədi ilə qarşıdakı dövrdə tədbirlərin davam etdirilməsi Azərbaycan Prezidentinin nitqlərindən irəli gələn vəzifələrin həyata keçirilməsi, sahə ilə bağlı müvafiq Fərman, sərəncamlar və dövlət proqramlarında RYTN-in qarşısına qoyulan vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sənayenin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin modernləşdirilməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, vətəndaşların qarşılaşdıqları problemlərin qısa müddətdə həlli istiqamətində zəruri tədbirlərin gücləndirilməsi, ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 6 fevral tarixli müvafiq sərəncamları ilə rabitə, informasiya-kommunikasiya texnologiyaları və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə təltif olunanlara mükafatlar təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info