Kişinyov: “Bu münaqişənin nizamlanmasına birbaşa meydan oxumaqdır”
Tarix: 17.04.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Dnestryanı regionun qondarma "ali şura"sının Rusiya Federasiyasının mərkəzi hakimiyyət orqanlarına regionun müstəqil dövlət kimi tanınmasına dair müraciəti özündə birtərəfli və tamamilə əks fəaliyyəti ehtiva edir. Bu barədə Moldova hökumətinin bəyanatında deyilir.
Moldovanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir: "Bu müraciət Dnestryanı münaqişəsinin nizamlanması prosesinə, Moldova Respublikasının ərazi bütövlüyünə birbaşa meydan oxumaqdan başqa bir şey deyil. Belə müraciətlə Tiraspol obyektiv reallığa, yəni Dnestryanı regionunun bütün beynəlxalq aləm, eləcə də "5+2" formatında danışıqlar prosesində iştirak edən dövlətlər tərəfindən Moldova Respublikasının tərkib hissəsi kimi tanınması faktına məhəl qoymur".
Bəyanatda bildirilir ki, 2006-cı ilin sentyabrında Dnestryanı regionunun təşkil etdiyi psevdoreferendum beynəlxalq aləm tərəfindən tanınmadı və ona region əhalinin siyasi iradəsinin ifadəsi kimi baxmaq olmaz:
"Dnestryanı münaqişənin son və yaşamağa qabil həllinin təyininin yeganə yolu danışıqların bütün mövcud mexanizmləri çərçivəsində siyasi dialoqun heç bir ilkin şərt olmadan davamıdır. Hökumət belə dialoqa açıq və maraqlı olaraq qalır. Biz beynəlxalq tərəfdaşları müstəqillik prinsiplərinə və Moldova Respublikasının ərazi bütövlüyünə əsaslanan Dnestryanı regionun xüsusi statusunun hazırlaması yolu ilə münaqişənin nizamlanması prosesinin irəliləyişi üzrə səy göstərməyə çağırırıq. Biz ayrıca olaraq Rusiya Federasiyasından olan tərəfdaşlarımızı beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun reaksiya ilə dərhal çıxış etməyə çağırırıq".
Qeyd edək ki, Moldova Respublikasının separatçı regionunun qondarma "ali şura"sının deputatları aprelin 17-də BMT, ATƏT və Rusiyaya Dnestryanı Moldova respublikasının müstəqilliyinin tanınması xahişi ilə müraciət ediblər
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info