Azərbaycanda işləyənlərin orta aylıq əmək haqqı 7% artıb
Tarix: 17.04.2014 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7% artaraq 426,4 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqı neft sektorunda 1 621,8 manat, qeyri-neft sektorunda 397,1 manat, dövlət bölməsində 344,7 manat, özəl bölmədə 549,7 manat təşkil edib.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 269,5 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 319,5 manat təşkil edib.
Bundan başqa bu ilin yanvar-mart aylarında Azərbaycanda 326 ədəd minik avtomobili istehsal olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur.
Bu ilin I rübündə ölkədə 101 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Bu ilin üç ayında Azərbaycanda 299 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur. Bu müddət ərzində ölkədə kotan istehsalı 15,7% azalaraq, 376 ədəd olub.


Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15.02.2019
Sabirabad və Salyanda qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info