“Banket və toy keçirməkdə şadlıq evləri ilə rəqabətdəyik”
Tarix: 17.04.2014 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Damla Bayık: “Excelsior” hotelində keçirilən banket və toy şadlıq evləri ilə eyni qiymətə və daha möhtəşəmdir”

“Excelsior Hotel Baku” otelinin marketinq və satış üzrə departamentinin direktoru Damla Bayıkın “Palitra”ya müsahibəsini təqdim edirik.
- Damla xanım, “Aura” Sağlamlıq Mərkəzində yenilikləriniz barədə nələri bildirərdiniz?
- “Aura” Sağlamlıq Mərkəzi Bakının ilk sağlamlıq mərkəzlərindən biridir. “Aura” çox gözəl çalışan və bir çox avadanlıqları, aparatları özündə ehtiva edən mərkəzdir. Burada hazırda 300 nəfərdən çox üzvümüz var.Yaz, yay qabağı yeni üzvlər qəbul etmək üçün əlverişli şərtlərlə paketlər hazırlamışıq. Xüsusən də qadınlar üçün bu cür sərfəli üzvlük paketlərimiz var. Bu paketlər əsasən həftə içi saatlarında çalışmayan xanımlara sərfəlidir.Həftəiçi-həftəsonu vaxtlarını ayırmadan səhər saat 10-dan axşam 17-ə qədər gələn xanımlar üçün isə xüsusi qiymətlərimizdə var. Bunlara kalanetika, aerobika dərsləri də daxildir. Paketdən istifadə edən xanım üzvlərimiz bu dərslərə ödənişsiz olaraq qatıla bilərlər. Bundan başqa, may ayından açılacaq açıq hovuzumuz var. Yay dönəmində xanımlar da bundan faydalana biləcəklər. Onlar bu hovuza hər hansı bir əlavə ödəniş etmədən, uşaqları ilə bərabər girə biləcəklər. Qış ayları üçün isə qapalı hovuzumuz var.Hazırda şəhərdəki yarıolimpik dərinliyi 1 metr 70 santimetr olan tək hovuzdur. Xanımlar ayaqları yerə dəymədən üzmə zövqündən yararlana biləcəklər.
- Mərkəzimızdə istifadə edilən alətlərin hamısı ən son texnologiyaya uyğun olan yeni avadanlıqlardır.
- 5 məşqçimiz var. Özəl dərs almaqdan əlavə buraya gələn üzvlərin hamısı bu məşqçilərdən məsləhətlər ala, onların tövsiyələrindən faydalana bilərlər. Onlar hər zaman üzvlərə bu işlərdə yardımçı olurlar. Əgər fitnesdən istifadə edərkən hər zaman yanınızda məşqçi olmasını istəyirsinizsə, bu zaman özəl məşqçi paketlərimiz və proqramımız da var. Bunu əlavə olaraq satın ala bilərsiniz. Kalori atmanın ən yaxşı vasitəsi boksdur. Çox professional boks məşqçimizin dərslərindən faydalana bilərsiniz, hətta xanımlar üçün də boks dərslərimiz fəaliyyət göstərir. Bundan başqa üzvlərimiz üçün çox kiçik bir ödənişlə boks dərsləri almaq imkanı var. Mən də artıq boks dərsinə başladım. Bu çox faydalı olduğu üçün digər xanımlarımıza da tövsiyə edirəm. İdmanla məşğul olandan sonra kişilər və qadınlar üçün ayrıca bölmələr var. Bu bölmədə qadınlar üçün sauna, türk hamamı var ki, xanımlarımız onlardan kefləri istəyincə yararlana bilərlər. Əgər bununla da kifayətlənməsələr, filippinli qadın massajistlərimizdən massaj xidməti görə bilərlər. Müştərilərimiz “Aura”da olan Vitaliti barımızda sağlam qidalanma üçün təzə sıxılmış meyvə şirələrini sifariş verə bilərlər. Hər mövsümə uyğun meyvəni burada ön plana çıxarırıq ki, hər şey daha sağlıqlı və təravətli olsun. Həmçinin səhər yeməyi üçün çeşidli salat barımız var. İşdən öncə - səhər tezdən gəlib idman edənlər üçün xüsusi səhər yeməyi menyularımız var. Bütün bunlar idmançılar üçün sağlıqlı qidalanmanı özündə ehtiva edir. Həmçinin Mərkəzdə idman mağazası var. İdmana gəlirkən üzgü geyimini unutmusunuzsa, buradan münasib qiymətə müvafiq əşyanı və ya geyimi ala bilərsiniz.
- Otelinizdə banket salonları ilə bağlı hansı yenilikləriniz var?
- Bizim oteldə bu sahə ilə bağlı çoxlu yeniliklər tətbiq olunmağa başlayıb. Bu sahədə əsas yeniliklərimizdən biri bu il toyların və sair yadda qalan tədbirlərin keçirilməsi üçün xüsusi şərait yaratmağımız və dəyişikliklər etməyimizdir. Bunun üçün toy zalına, mebelinə, səs-işıq və sair avadanlıqlara modern dəyişikliklər edilib, yeni dizayn verilib. Bu baxımdan biz toy və banketlərin keçirilməsində digər otellərdən daha üstün xidmətlər verdiyimizi düşünürük. Otellərin banket və toy qiymətləri çox yüksəkdir. Amma biz qiymətlərin münasibliyi baxımından da xeyli üstünük. Demək olar ki, bu baxımdan şadlıq evləri ilə rəqabətdəyik. Əmin edirik ki, bizim otelimizdə keçirilən banket və toy eyni qiymətə və daha möhtəşəmdir. Həmçinin bizim açıq hovuz ətrafı da toy üçün uyğun olan münasib bir yerdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info