“Capital Finance International” Mehriban Əliyeva haqqında yazdı
Tarix: 17.04.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


“Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarici ölkələrə səfərləri zamanı ağıl, insanlar və ürəklər bir araya gəlir, Şərq ilə Qərb qovuşur və yaxşı əməllər ortaya çıxır. Birinci xanım qadınlara və uşaqlara göstərilən diqqət və qayğının rəmzidir. Dünyanı müsbət mənada dəyişməyi qarşısına məqsəd qoymuş UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda səhiyyə, təhsil, mədəni irsin qorunması və s. sahələrdə həyata keçirilmiş mühüm layihələrin təşəbbüskarıdır”.
Bu fikirlər İngiltərənin “Capital Finance International” jurnalının saytında dərc edilmiş “Mehriban Əliyeva - Azərbaycan başda olmaqla birinci xanım daha gözəl dünya üçün çalışır” sərlövhəli məqalədə qeyd olunub.
Məqalədə bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm layihələr həyata keçirir, ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərdə fəal iştirak edir.
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycanda müasir məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının və s. inşasında mühüm rol oynayır.
Azərbaycanın birinci xanımının sivilizasiyalararası dialoqun və dini tolerantlığın möhkəmləndirilməsi işinə verdiyi töhfələrin xüsusi vurğulandığı yazıda Heydər Əliyev Fondunun Macarıstanda, Rumıniyada və Şərqi Avropanın digər ölkələrində kimsəsiz uşaqlara yardım məqsədilə həyata keçirəcəyi iddialı planlardan geniş söhbət açılıb.
Bildirilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond Versal sarayının və Strasburg Katedralının bərpasına maliyyə yardımı göstərib. Azərbaycanın birinci xanımı ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələrə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Yazıda vurğulanıb ki, Mehriban Əliyeva misilsiz xidmətləri ilə Azərbaycanın zəngin milli mənəvi dəyərlərini bütün dünyada layiqincə təbliğ edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info