“Qərb Azərbaycana qarşı ikili standart siyasəti yeridir”
Tarix: 17.04.2014 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


"İndi bizim üçün Dağlıq Qarabağdakı vəziyyəti daha çox diqqətə almağın, münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin və yüz minlərlə məcburi köçkün düşmüş azərbaycanlının evlərinə qayıtmasının tam zamanıdır". Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bunu Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvis bildirib.
D.Deyvis Avropa Azərbaycan Cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən bəyanat ünvanlayıb.
Bəyanatda Qərb dövlətlərinin liderlərinin Ukraynanın ərazi bütövlüyünə göstərdikləri kəskin dəstəyin Azərbaycana göstərilməməsi və Dağlıq Qarabağ məsələsində ikili standart siyasətinin yürüdülməsi pislənilir.
Bəyanatda deyilir: "Ukraynada baş verən son hadisələr bizə bir daha sabitliyin Avropa üçün nə qədər önəmli bir ünsür olduğunu xatırlatdı. Rusiyanın Krımı özünə birləşdirməsi Barak Obama, Deyvid Kameron, Angela Merkel də daxil olmaqla Qərb liderlərinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə nəticələndi. Onlar Rusiyanı etdiyi hərəkətə görə qınamaqda və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləməkdə tamamilə haqlı olaraq yekdil mövqe göstərirlər. Lakin bu bizim Azərbaycana qarşı ikili standartlarla yanaşmamızı də üzə çıxarır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir parçasıdır, lakin biz eyni liderlərin kəskin dəstəyini Ukrayna məsələsində olduğu kimi eşitmirik. Böyük Britaniya BP şirkəti vasitəsilə Azərbaycanda ən böyük sərmayəçidir və münaqişənin yenidən qızışacağı təqdirdə biz çox şey itirəcəyik".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info