“Pediatriyanın aktual problemləri”
Tarix: 17.04.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında “Pediatriyanın aktual problemləri”nə həsr olunmuş elmi-praktik konfrans və seminar işinə başlayıb. Tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Konfransın açılışında ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Daha sonra seminarda amerikalı mütəxəssislər, professorlar Susan Vear, Cim Varpinski Tədris-Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev uşaqlarda talassemiya, asma və allergiya xəstəlikləri ilə bağlı məruzələr söyləyiblər. Konfransda həmçinin respublikamızın tanınmış pediatrları, Səhiyyə Nazirliyinin mütəxəssisləri, ATU-nun professorları Hüseyn Qabulov, Amalya Əyyubova, Zemfira Mirzəyeva və digərləri Azərbaycanda uşaq xəstəliklərinin aktuallığına dair çıxış ediblər. Konfransda çıxış edənlər ölkəmizdə pediatriya sahəsində əldə olunmuş nailiyyətlərdən danışıblar. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.
Aprelin 19-dək davam edəcək konfransda mövzu üzrə elmi məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Nigar







 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info