“The Financial Times“: “Avropa Rusiyaya sanksiya tətbiq etməyə çətinlik çəkir”
Tarix: 17.04.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Britaniyanın təklif etdiyi sanksiyaların Rusiya ticarətinə, bank və enerji maraqlarına dəxli yoxdur”

Böyük Britaniyanın "The Financial Times" qəzeti Avropa Birliyinin Rusiyaya qarşı sanksiya tətbiq edilməsində üzləşdiyi çətinliklərdən yazıb. Yazıda qeyd edilir ki, böyük biznesin lobbiləşdirilməsinə görə AB Rusiyaya sanksiya tətbiq edilməsində çətinlik çəkir. Avropanın Rusiyaya qarşı sərt sanksiyalar qərarı korporativ lobbilər tərəfindən zəif hala gətirilir. Belə ki, bu cür korporasiyalar öz dövlətlərini xəbərdar edirlər ki, Kremlin hər bir cavab tədbiri onlara çox baha başa gələ bilər. Diplomatlar qorxurlar ki, Cenevrədə planlaşdırılan ABŞ, Rusiya, Avropa Birliyi, Ukrayna arasında, rusiyameyilli qüvvələrin Ukraynanın şərqində dövlət binalarını ələ keçirmələriilə bağlı yaranmış böhranın həlli ilə bağlı danışıqları nəticəsiz qala bilər. Görüş hələ başlamayıb, amma ölkələr arasındakı parçalanma xətti çox aydın görünür. Yüksək çinli avropalı rəhbərlərdən biri bu barədə deyib: “Üzv ölkələrimiz bu məsələdə birdirlərmi? Yox. Onlar Ukrayna uğrunda ölməyə hazırdırlarmı? Düşünmürəm”. O daha sonra bildirib ki, sanksiyaların tətbiq edilməsi üçün 28 üzv ölkədən ibarət blokun daxilində konsensus lazımdır. Almaniyada kimyəvi korporasiya olan “BASF” ehtiyatla davrananların avanqardında gedir. İtaliyada isə enerji şirkəti olan “Eni” bəyan edir ki, özünə lazım olan qazın 30 faizini “Qazprom”dan alan Avropa Rusiyaya qarşı enerji sanksiyaları həyata keçirmək iqtidarında deyil. BP isə Britaniya parlamentinə bəyanat göndərən və Avropa Birliyinin sanksiyalarına görə təhlükədə olduqlarını bildirən şirkətlər qrupuna başçılıq edir.
Britaniyanın rəsmi şəxsləri “Financial Times” qəzetinə deyiblər ki, Rusiya ilə bağlı sonrakı münasibətlərin pisləşəcəyi ilə bağlı ortaya çıxacaq nəticələrə görə BP nazirləri xəbərdar edib. Rusiya dövlət neft şirkəti olan “Rosneft”in səhmlərinin 20 faizi BP-yə məxsusdur.
Britaniya və Kipr isə öz maliyyə sektorları üçün sanksiyaların təsirlərindən qorxurlar. Kiprdə Rusiya yatırımçıları kritik rol oynayırlar. Britaniya isə Rusiyaya qarşı sanksiyaların zəfiləməsi barədə düşünməyə başlayıb.
Britaniya bildirir ki, Moskvaya qarşı fəaliyyət məsələsində razılığa gəlmək istəyir.
Almaniya isə tədbirlər haqqında çox ehtiyatla danışır. Bu ölkənin iqtisadiyyat naziri Ziqmar Qabriel bildirir ki, Rusiya Ukraynanın şərqində sonrakı eskalasiyaya da qadirdir ki, bu da iqtisadi sanksiya doğura bilər. Britaniya tərəfindən təklif olunan sanksiyaların isə Rusiya ticarətinə, bank və enerji maraqlarına dəxli yoxdur. Halbuki məhz onlara görə Avropa Komissiyası sanksiyaları işləməyə başlayıb.
Obama administrasiyası isə, əgər Cenevrə danışıqları fayda verməzsə, Rusiyaya qarşı sanksiyaları Cümə günü elan edə bilər.
Konqres əməkdaşlarının diskussiyalarına görə, sanksiyaların qara siyahısına Putinə yaxın olan yeni biznesmenlər və daha bir Rusiya bankı və ya dövlət şirkəti düşə bilər.
Amma indiki zamanda dahan geniş sanksiyaların tətbiq olunması inandırıc görünmür.
Avropa ölkələri isə ABŞ-ın Rusiyaya qarşı sərt tədbirlərin tətbiqinin mümkünlüyü ilə bağlı bəyanatını narazılıqla dinləyirlər. Çünki Avropa Birliyi ilə Rusiyanın ticarət dövriyyəsi AB-nin ABŞ-la olan ticarət dövriyyəsindən 10 dəfə artıqdır.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info