Azərbaycan tarixinin Heydər Əliyev erası
Tarix: 17.04.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan tarixinin Heydər Əliyev erası” mövzusunda aşıq dərs keçirilib. Muzeyin direktoru Ramil Orucəliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli sərəncamı ilə Naxçıvan şəhərində yaradılan muzeyin ümummilli liderimizin həyat və fəaliyyətinin təbliği istiqamətində gördüyü işlərdən bəhs edib,
4000-dən artıq eksponatın sərgiləndiyi muzeyə yeni daxil olan nadir tarixi sənəd və fotoşəkillər, incəsənət əsərləri haqqında məlumat verib. Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə təsadüf edən, ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ərəfəsində keçirilən açıq dərsin əhəmiyyətindən, böyük siyasətçinin azərbaycançılıq ideologiyasının təbliği, dövlət müstəqilliyinin qorunması, Azərbaycanın beynəlxalq imicinin formalaşması, məqsədyönlü iqtisadi-siyasi strategiyanın müəyyənləşdirilməsindəki əvəzsiz xidmətlərindən danışıb. Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli mövzu ilə bağlı məruzə edərək dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edib. Müstəqilliyimizin təminatçısı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz mübarizəsi, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verən məruzəçi Azərbaycan tarixində “Heydər Əliyev erası” kimi səciyyələndirilən bu inkişaf yolunun ayrı-ayrı mərhələlərindən danışıb. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıq oub.
Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri






 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Əhməd Əhmədzadə Sabirabadda vətəndaşlarla görüşüb
19.06.2019
Nəsimi rayonunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
19.06.2019
38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri yekunlaşır
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info