Tacikistan: “İpək Yolu”, yoxsa “Gömrük Birliyi?”
Tarix: 17.04.2014 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Gömrük İttifaqının genişləndirilməsi və vahid valyuta ittifaqının yaradılması, bu ittifaqa qoşulmaq istəyən ölkələrdə geniş müzakirələrə yol açır.
Baxmayaraq ki, bu məsələ, Qırğızıstanda olduğu kimi, Tacikistanda o qədər də geniş müzakirə edilmir, lakin bu sual məntiqi olaraq ölkədəki ekspert dairələri tərəfindən gündəmdə saxlanılır. İndi bəzi ekspertlər bu addımın ölkələrin inteqrasiyası prosesi, Tacikistanın inkişafı üçün böyük fayda verəcəyini düşünürsə, digərləri regionda baş verən son hadisə və dəyişiklikləri, Avropa ilə Rusiya arasında yaşananları xatırladaraq hadisələri qabaqlamamağı tövsiyə edirlər. Bəzi ekspertlər, Tacikistanın Gömrük İttifaqı ilə münasibətlərinin yeni olmadığını, ölkənin Avrasiya İqtisadi Birliyinə (EAEC) üzv olduğu zamanı kifayət qədər təcrübə qazandıqlarını əsas gətirərək, Gömrük İttifaqının bu təşkilatın əsasları üzərində qurulduğunu bildirirlər. Digər ekspertlər ittifaqa Qırğızıstanla birlgə qoşulma məsələsini, bir başqaları isə bu ittifaqa qoşulmaqla Düşənbənin Moskvadan siyasi asılılığına rəvac verəcəyini iddia edirlər. Tacik analitiklər iddia edirlər ki, Gömrük İttifaqına qoşulmanın ölkəyə verəcəyi fayda və ya zərəri müəyyən etmək üçün kifayət qədər vaxt var. Tacikistanın nüfuzlu analitik və iqtisadçılarından olan Sobir Vəzirova görə, hazırda inteqrasiya seçimində üç variant var: böyük güclər tərəfindən edilən təklif - bu, daha çox onların öz maraqlarını əks etdirir. İkinci variant: Çin və Qərbin təşəbbüsü ilə Böyük İpək Yolunun dirçəldilməsi və sonuncu: Gömrük İttifaqı. Vəzirova görə, bütün bunlar arasında Tacikistan üçün ən yaxşı seçim Gömrük İttifaqıdır. Tacikistan ittifaqa qoşulmaq üçün səylərini davam etdirməli və hətta Qırğızıstanla birlikdə Gömrük İttifaqına daxil olmalıdır: “Gömrük İttifaqı iqtisadi baxımdan Tacikistandan çox güzəştlər verə bilər. Ona görə, biz bu imkandan yararlanmalıyıq. Eyni zamanda, bu, bizi Gömrük İttifaqı ölkələrindən - Rusiya, Qazaxıstan və Belarusdan iqtisadi asılılığımızı aradan qaldırar”.
Analitikin fikrincə, ittifaqın iqtisadi təsiri qaçılmazdır. Məhz buna görə, ölkənin əksər ekspertləri milli və iqtisadi maraqlar naminə Tacikistanın Gömrük İttifaqına qoşulmasının vacibliyinə önəm verirlər.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info