QMİ “Vəhdət” və “Füzuli” ordenləri təsis edir
Tarix: 17.04.2014 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının iclası keçirilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib. İclasda Şuranın fəaliyyətinə dair təşkilati məsələlərə baxılıb, yeni qazılar və səlahiyyətli nümayəndələr seçilib.

Təşkilati məsələlərə baxıldıqdan sonra məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövrdə görülmüş işlərdən danışıb, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikir və tövsiyələrini bildirib.
Azərbaycanın beynəlxalq aləmdə tolerant dövlət kimi tanındığını vurğulayan şeyxülislam respublikamızın bu baxımdan dünyaya, o cümlədən müsəlman ölkələrinə örnək olduğunu deyib. Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin, din-dövlət münasibətlərinin bünövrəsini ulu öndər Heydər Əliyev qoyub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi qüvvələr ölkəmizdə əlverişli tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır: “Bu qüvvələrlə mübarizə aparmaq üçün biz tez-tez bölgələrdə olur, müxtəlif görüşlər, tədbirlər keçirir, geniş maarifləndirmə işi aparırıq”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri bu məqsədlə bölgələrdə müxtəlif dini ədəbiyyat və vəsaitlərin paylandığını diqqətə çatdırıb. O, Qazılar Şurasının və Elmi-Dini Şuranın tövsiyə və qərarı ilə son illər çapdan çıxmış kitablar və vəsaitlər barədə də məlumat verib. Bildirilib ki, “Qurani-Şərif”in Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin üç cilddə müasir üslubda nəfis çapı, “Axund və imamlar üçün xütbə nümunələri” adlı vəsaitin, Ayətullah Cəfər Sübhaninin “Vəhhabi cərəyanı” əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə mühüm töhfə verib. Bu istiqamətdə işlər davam etdirilir.
Allahşükür Paşazadə bir çox nüfuzlu dövlət xadiminin təltif olunduğu QMİ-nin “Şeyxülislam” ordeninin ikinci və üçüncü dərəcələrinin, bundan əlavə, “Vəhdət” və “Füzuli” ordenlərinin təsis edilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra QMİ-nin aparat rəhbəri Simran Həsənov Qazılar Şurası və idarənin bölgələrdə səlahiyyətli nümayəndələri haqqında yeni əsasnamələr, eləcə də “Dini etiqad azadlığı haqqında” qanuna, həmçinin Cinayət Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verib.
QMİ-nin nəzarət-təftiş komissiyasının sədri Vəfadar Əliyev dini icmalarda, ziyarətgahlarda aparılmış işlərin nəticələrindən danışıb, mövcud nöqsanların aradan qaldırılaraq müsbət istiqamətdə dəyişikliklərin qeydə alındığını diqqətə çatdırıb.
İdarənin fətva şöbəsinin müdiri qazı Mirəziz Seyidzadə isə mollaların və axundların mütəmadi qaydada attestasiyadan keçmələrinin vacibliyindən danışıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev ölkəmizdə qeyri-ənənəvi dini cərəyanların, cəmiyyətdə dini ayrı-seçkiliyi təbliğ edən qüvvələrin qarşısının alınması məqsədilə din xadimlərinin bölgələrdə ictimaiyyətlə mütəmadi görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb. S.Musayev, həmçinin ərzaq məhsullarının halallığı ilə əlaqədar komissiyanın fəaliyyətindən də söhbət açıb.
QMİ sədrinin müavini Sabir Həsənli isə çıxışında A.Paşazadənin təşəbbüsü ilə yaxın vaxtlarda üçhəftəlik xüsusi təkmilləşdirmə və ixtisasartırma kurslarının fəaliyyətə başlayacağını bildirib. Çıxışlarda Qazılar Şurasının bu ilin yanvarında verilmiş fətvasının dindarlar arasında böyük əks-səda doğurduğu xüsusi vurğulanıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
24.01.2019
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info