Azərbaycan və Rusiya DİN-in birgə iclası keçirilib
Tarix: 17.04.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Dünən Quba şəhərində Azərbaycan və Rusiya Federasiyası Daxili İşlər Nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə, İşçi Qrupun fəaliyyətinə, onun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələləri müzakirə ediblər. Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın təməlini Azərbaycan və Rusiya prezidentlərinin yürütdükləri mehriban qonşuluq və dostluq siyasəti təşkil edir.
Qeyd olunub ki, hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğundur. İş birliyinin istintaq-əməliyyat tədbirlərinin razılaşdırılaraq həyata keçirilməsi, informasiya mübadiləsi, kriminalistik uçot-qeydiyyatın müvafiq növlərinin məlumat banklarından birgə istifadə olunması, sorğuların, istintaq tapşırıqlarının icrası və başqa formalarından geniş istifadə olunur. İki ölkənin daxili işlər orqanlarının əməkdaşları tərəfindən "Sərhəd-Sipər" şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində hər il xeyli cinayətkar qrup ifşa olunur, ağır cinayətlər açılır, məhkəmə və istintaq orqanlarından yayınan şəxslərin yerləri müəyyənləşdirilərək tutulurlar. Görüşdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın təhdid və çağırışlarına qarşı sərhədyanı ərazilərdə də adekvat cavab verilməsinə daim hazır olmağın vacibliyi vurğulanıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini - Şimali Qafqaz regionunda Rusiya DİN-in orqan və hissələrinin müvəqqəti operativ qruplaşmasının rəhbəri, polis general-mayoru İqor Romaşkin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini qeyd edib. Ekstremizm, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya ilə mübarizə sahələrində birgə səylərin daha da fəallaşdırılmasına dair konkret təkliflər səsləndirilib. Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-mayoru Abduraşid Maqomedov, nazir müavini Vasili Salyutin, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyəti baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər. İclasın yekunlarına dair müvafiq protokol imzalanıb. Sənəddə əməkdaşlığın səmərəliyinin artırılmasına və sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info