Avrasiya Kənd Təsərrüfatı Şurası yaradılır
Tarix: 17.04.2014 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyası ilə bu istiqamətdə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədi ASK-nın prezidenti Məmməd Musayev və Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyasının sədri Hakan Yüksel imzalayıblar.
Müqavilənin məqsədi iki ölkənin iş adamlarının müntəzəm forumlarda iştirakının təşkil edilməsini təmin etməklə ikitərəfli iqtisadi əlaqələri davam etdirmək, kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın müvafiq sahələrində əməkdaşlıq imkanlarını öyrənmək, müzakirə etmək və reallaşdırmaqdır.
Bundan sonra tərəflər müqavilədə göstərilən məqsədə nail olmaq üçün bir neçə istiqamətdə fəaliyyət göstərəcəklər. Əsasən iki ölkə arasında kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın digər müvafiq sahələrində aktual məlumat mübadiləsinin aparılması, dövlətlərimizin iqtisadi siyasət məsələləri və müxtəlif iqtisadi yeniliklərinə dair məlumatlandırılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində maneələrin müəyyən edilməsi və aradan qaldırılması ilə əlaqədar məsləhətləşmələrin aparılması olacaq. Həmçinin iş adamlarının tədbirlərdə iştirakının təmin edilməsi, tərəflərin işgüzar nümayəndə heyətinin göndərilməsi sahəsində əməkdaşlıq diqqət mərkəzində olacaqdır.
Görüşdə Avrasiya dövlətlərində kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın digər müvafiq sahələri üzrə birgə fəaliyyəti genişləndirmək məqsədilə tərəflərin hər iki təşkilatdan bir həmsədr olmaq şərti ilə Avrasiya Kənd Təsərrüfatı Şurası adlı beynəlxalq təşkilat yaratmaları barədə razılığa gəlinib.
Hakan Yüksel ASK-nın rəhbərliyi də daxil olmaqla, azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyətini cari ilin noyabrın 26-dan 30-dək Antalyada təşkil ediləcək İkinci Beynəlxalq Əkinçilik və Qida Konqresinə dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info