Naxçıvan sakinləri qaz və enerji borclarını da onlayn qaydada ödəyə bilərlər
Tarix: 18.04.2014 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının əhalisi “GoldenPay” ödəmə sistemi vasitəsilə qaz və enerji borclarını onlayn ödəmək imkanı əldə ediblər.
“Hesab.az” internet ödəmə portalının verdiyi məlumata görə, muxtar respublikanın Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi Azərbaycanın ilk onlayn ödəmə sistemi olan “GoldenPay” ilə birlikdə abonentlərinə borclarını bank kartlarından istifadə etməklə, internet üzərindən onlayn rejimdə ödəmə xidmətini təqdim edib.
Belə ki, “Visa/Visa elektron” və “MasterCard/Maestro” ödəmə kartlarından hər hansı birinə sahib olan abonentlər, gün ərzində internetə qoşulmaq imkanı olan istənilən yerdən Naxçıvan MR “Elektron hökumət” portalı ilə yanaşı, “GoldenPay” şirkətinə məxsus “Hesab.az” - Azərbaycanda ilk internet xidmətlər portalına daxil olaraq, borclarını öyrənə və ödəyə bilərlər.
Ödəmə proseduru çox sadədir: “Bunun üçün “Hesab.az” portalında “Hesabların Ödənişi” bölməsini seçərək, “Naxçıvan” kateqoriyasına daxil olmaq kifayətdir. Abonentlər istədikləri xidməti seçərək, ödənişlərini rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. İstifadəçilər ödəmədən bir neçə saniyə sonra əməliyyatın uğurla başa çatdırıldığı haqda bildiriş alacaqlar. Bu bildirişi çap edə və ya elektron ünvanlarına göndərə bilərlər”.
Xatırladaq ki, bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının əhalisi “GoldenPay” ödəmə sistemi vasitəsilə internet və telefon haqlarını da onlayn ödəmək imkanını əldə ediblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info