Vergi borclarının azalması meyli 1-ci rübdə də davam edib
Tarix: 18.04.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


2014-cü ilin 1-ci rübü ərzində vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində 1 aprel 2014-cü il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 1 yanvar 2014-cü il tarixlə müqayisədə 6,7 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15 faiz azalıb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Palitra”ya verilən məlumata görə, cari ilin 1-ci rübü ərzində ümumilikdə 49 min 956 vergi ödəyicisinin borclarının tamamilə ləğv edilməsinə nail olunub, 1 aprel 2014-cü il tarixə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,5 faiz təşkil edib.
Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 14 min 208 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 68,9 faizi borclar ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 152 sayda 194,2 min manat məbləğində məhkəmə qətnamələri qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 9,0 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilib. Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 601 vergi ödəyicisinin 541,3 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilib, 13 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 134 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərilərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 370 fiziki şəxs üzrə 99,3 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
19 min 358 borclu vergi ödəyicisinin borclarının onların milli və ya xarici valyutada cari və digər hesablarından tutulması məqsədilə banklara və ya digər kredit təşkilatlarına 145 min 569 icra (ödəniş) sənədi olan sərəncam verilib.
Vergi orqanları tərəfindən 247 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 1 052 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.
Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 163 vergi ödəyicisi üzrə 5,3 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info