Əkinə yararsız 500 min hektar şoranlaşmış ərazi var
Tarix: 18.04.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


“Azərbaycanda 500 min hektar torpaqda şoranlaşma olduğundan orada bitki yetişdirmək mümkün deyil”. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri qeyd edib ki, Azərbaycanda torpaq üçün təhlükəli xəstəlik hesab edilənlərdən biri də şoranlaşma, erroziyadır: "Bizim əsas kənd təsərrüfatı sahəmiz Kür-Araz ovalığıdır. Bura mənfi relyef səviyyəsinə aiddir. Burada qrunt sularının səviyyəsi qalxanda şoranlaşma baş verir və orada bitki əkmək mümkün olmur. Bunun qarşısını almaq üçün kollektor-drenaj sistemi işlənməlidir ki, qrunt suyunun səviyyəsi aşağı düşsün və kənd təsərrüfatı bitkilərinə ziyan dəyməsin. Bu da təxminən 500 min hektar ərazini əhatə edir. Bunlar zəif, orta, şiddətli dərəcədə şoranlaşma sahələridir".
Q.Məmmədov Azərbaycanda hərrac yolu ilə satışa çıxarılan bələdiyyə torpaqlarının satış qiymətlərinin hansı formada müəyyən edildiyini də açıqlayıb: "Azərbaycanda torpaq qiymətləndirilməsi 1998-ci ildə Nazirlər Kabinetinin verdiyi 158 və 53 saylı qərarlara əsasən həyata keçirilir. Yəni torpaqlar normativ qiymətlərə uyğun olaraq hesablanır. Normativ qiymətlər torpağın təbii bonitet balı və dinc, əkin, örüş əmsalları nəzərə alınmaqla hesablanır. Bələdiyyələr də bunları əsas götürərək normativ qiymətlərin aşağı olmaması şərtilə torpağa qiymətlər qoyur və ərazilərdə olan torpaqları satışa çıxarır".
Azərbaycanla Gürcüstan arasında aparılan sərhəd delimtasiyası və demarkasiyası məsələlərinə gəlincə, komitə sədri bildirib ki, bu məsələdə hələlik heç bir yenilik yoxdur. Bu günədək tərəflər arasında ekspertlər səviyyəsində danışıqlar gedib: "Hazırda biz Gürcüstan tərəfinin dəvətini gözləyirik. Diplomatik yolla dəvət olunandan sonra bu məsələyə baxılacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info