Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evi əsaslı təmir ediləcək
Tarix: 18.04.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsindəki “Könül” körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq. Fonddan verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səbail rayonunun Badamdar qəsəbəsində növbəti uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək. Bununla əlaqədar yeni, müasir üslubda layihə sənədləri hazırlanıb. Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpus və 1 musiqi zalından ibarətdir. Uşaq bağçasının əsas korpusu ikimərtəbəlidir və bütün tikililərin ümumi sahəsi 1000 kvadratmetrdir. Bağçada uşaqların tərbiyəsi ilə 13 tərbiyəçi, 3 musiqi rəhbəri və texniki işçilər də daxil olmaqla 32 nəfər məşğul olur. Badamdar qəsəbəsinin əhalisinin sayının artması və burada məktəbəqədər təhsil müəssisələrinə olan tələbat nəzərə alınaraq uşaq bağçasının həyətində 80 uşaq üçün nəzərdə tutulmuş yeni korpus da tikiləcək. Tikinti-təmir işlərinə aprel ayının sonunda başlanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info