Xaçmazda Bayraq Meydanı Kompleksinin tikintisinə başlanılıb
Tarix: 18.04.2014 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Sarayında rayon icra hakimiyyətinin başçısı yanında şuranın bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, birinci rübdə iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələrin qazanıldığı, quruculuq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 2014-cü ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışı 47,3 milyon manat, kənd təsərrüfatının ümumi həcmi 10,7 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11,6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 58,8 milyon manat, adambaşına düşən pul gəlirləri 252,5 manat təşkil edib.
Qeyd olunub ki, Xaçmazın daha da abadlaşdırılması işləri hesabat dövründə də davam etdirilib. Artıq şəhərin giriş hissəsində Bayraq Meydanı Kompleksinin tikintisinə başlanılıb.
Təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilib. Hazırda rayonun Arzu, Qıraqlı, Qaraçı, Qaradağ buduq və Hacılar kəndlərində yeni məktəb binalarının tikintisi aparılır.
Hesabat dövründə əhalinin təbii qazla təchizatı sahəsində görülmüş işlər nəticəsində 616 abonent üçün yeni qaz xətti çəkilib, rayon üzrə abonentlərin sayı 28075 nəfərə çatmışdır. Hazırda rayonun 151 yaşayış məntəqəsindən 61-i təbii qazla təmin olunur.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ümumən respublika, o cümlədən rayon səhiyyəsi üçün çox əlamətdar olub. Prezident İlham Əliyevin göstərişinə əsasən, həyata keçirilən əhalinin dispanserləşdirilməsi proqramı Xaçmaz rayonunda da uğurla və mütəşəkkil qaydada həyata keçirilir. Son məlumata əsasən, 169 min 227 nəfər rayon əhalisinin 81 min 936 nəfəri tibbi müayinədən keçib.
Yığıncaqda çıxış edənlər bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
“Aksam.com.tr”: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir”
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info