Avstriya Universitetinin nümayəndələri ATİ-nin qonağı olub
Tarix: 18.04.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (İMC Krems TEU) prezidenti Heinz Boyer və prorektoru Karl Kristian Ensfelner Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru tarix elmləri doktoru professor Cəfər Cəfərov qonaqları salamladıqdan sonra hər iki ali təhsil ocağı arasında illərlə uğurla davam edən əməkdaşlıqdan məmnun qaldığını xüsusi vurğulayıb. Görüş əsnasında ATİ ilə İMC Krems TEU əməkdaşlığının daha geniş müstəvidə inkişaf etdirilməsi imkanları müzakirə olunub, qarşılıqlı əlaqələrin bundan sonra da davamlılığını təmin etmək üçün təkliflər dəyərləndirilib. Hər iki ali təhsil müəssisəsi arasında mümkün yeni işbirliyi perspektivləri müəyyənləşdirilib. Sonda İMC Krems TEU-nun prezidenti Heinz Boyer və prorektoru Karl Kristian Ensfelner ATİ ilə 2007-ci ildən davam edən və ölkəmizdə ilk dəfə tətbiqini tapan İkili Diplom proqramı üzrə xüsusilə uğurlu əməkdaşlıqdan razı qaldıqlarını diqqətə çatdırıblar. ATİ-yə səfər zamanı qonaqlar əməkdaşlıq çərçivəsində Azərbaycan-Avstriya Turizm proqramı (AATP) üzrə təhsil alan bakalavr tələbələri ilə görüşüb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info