Sankt-Peterburqda Əlimərdan bəy Topçubaşovun büstünün açılışı olub
Tarix: 18.04.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Sankt-Peterburqda MDB-nin iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyasının 40-cı yubiley plenar iclası işə başlayıb. Ənənəvi bahar sessiyası çərçivəsində Tavrida sarayının Atriumunda görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun büstünün, habelə onun həyat və yaradıcılığı barədə sərginin açılışı olub.
Əlimərdan bəy Topçubaşov 1906-1917-ci illərdə Çar Rusiyasının I çağırış Dövlət Dumasının deputatı və Dumada müsəlman fraksiyasının rəhbəri olub.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, MDB Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini, MDB Parlamentlərarası Assambleya Şurasında Azərbaycan Milli Məclisinin nümayəndəsi Aydın Cəfərov iclas iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikası hökumətinə, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğuna və Azərbaycan Xarici İşlər Nazirliyinə Ə.Topçubaşovun büstünün hazırlanmasına verdikləri dəstəyə, habelə onun həyat və yaradıcılığına həsr olunmuş sərginin təşkil edilməsinə görə təşəkkürünü bildirib.
RF Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Ə.Topçubaşovun Parlamentlərarası Assambleyaya hədiyyə edilmiş büstünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Federasiya Şurasının sədri Valentina Matviyenkonun adından təşəkkürünü bildirib. Milli Məclisin regional məsələlər komitəsinin sədri, Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Arif Rəhimzadə Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri və Çar Rusiyası I çağırış Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri vəzifəsində səmərəli fəaliyyəti barədə söhbət açıb. O, Azərbaycan dövlətçiliyinin təşəkkülünə Ə.Topçubaşovun qiymətli töhfələr verdiyini qeyd edib.
Sonra Azərbaycan Xarici İşlər Nazirliyinin informasiya və ictimai əlaqələr idarəsinin rəisi Cavanşir Məmmədov Ə.Topçubaşovun həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı, nisbətən az məlum olan faktlar üzərində dayanıb. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin demokratikləşməsi prosesində Ə.Topçubaşovun rolunu xüsusi vurğulayıb.
Əlimərdan bəy Topçubaşov 1864-cü ildə Tiflisdə anadan olub. O, tanınmış torpaq sahibkarı ailəsindən idi. 1884-cü ildə Tiflisdə I şəhər gimnaziyasını bitirib və Sankt-Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. 1888-ci ildə Ə.Topçubaşov Sankt-Peterburq Dövlət Universitetini bitirərək hüquq üzrə elmlər namizədi dərəcəsi alıb.
Tədbirdə MDB Parlamentlərarası Assambleyasının rəhbərləri və nümayəndələri, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov, habelə MDB ölkələri parlamentlərinin üzvləri və Rusiya KİV-lərinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar
24.05.2019
ABŞ və Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24.05.2019
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24.05.2019
“Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info