Məşğulluq xidmətinin təkmilləşdirilməsi ilə bağlı vəzifələr müzakirə olunub
Tarix: 18.04.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının məsul şəxslərinin iştirakı ilə respublikada işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Əhalinin layiqli iş yerləri ilə təmin olunmasının möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının mühüm məqsədlərindən biri olduğunu bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son on ildə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerinin yaradılmasının əmək bazarında sabitliyə səbəb olduğunu, işsizliyin 5 faizə endiyini qeyd edib: “Son 10 ildə 3,2 dəfə artan Azərbaycan iqtisadiyyatının inkişafı cari ilin ilk rübündə də davam edib. Bu dövrdə ümumdaxili məhsul 2,5 faiz, respublikanın əsas iqtisadi tərəqqi göstəricilərindən biri kimi, qeyri-neft sektoru 8,8 faiz artıb, 29 minə yaxın yeni iş yeri yaradılıb, ümumilikdə regionlarda 100-ə yaxın yeni müəssisə fəaliyyətə başlayıb. Həmçinin ölkə üzrə orta aylıq əmək haqqı mütəmadi yüksələrək 430 manata çatıb, əhalinin pul gəlirləri 4,5 faiz artıb. Bu tərəqqi prosesləri nəticə etibarilə əhalinin məşğulluq imkanlarının artmasına da səbəb olur”.
Belə bir şəraitin dövlət məşğulluq strategiyasının icrası, məşğulluq orqanlarının səmərəli fəaliyyəti üçün də mühüm stimul olduğunu qeyd edən S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaş münasib işlərlə təmin olunub, 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Xidmətin tabeliyindəki Əmək Birjaları 879 nəfəri müvəqqəti xarakterli işlərlə təmin edib. Həmçinin bu müddətdə 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə 1422 nəfərə işsiz statusu verilib, 1603 nəfərə isə işsizlik müavinəti təyin olunub.
Nazir gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərindən də söz açaraq bildirib ki, qeyd olunan müddətdə əksəriyyəti yuxarı sinif şagirdləri olan 26 604 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib. Digər tərəfdən, respublikanın 32 rayon və şəhərindəki orta məktəblərdə, habelə Bakı şəhərindəki 33 orta məktəbdə valideynlərin, pedaqoji kadrların və yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçrilib: “Diqqətdə saxlanan məsələlərdən biri də valideyn himayəsindən məhrum olmuş və xüsusi internat məktəblərini tərk etməyə hazırlaşan gənclərin gələcək peşə-ixtisas seçiminə, əmək fəaliyyətinə başlamasına köməklik göstərilməsidir. Bununla bağlı olaraq, həmin insanlarla özündə sosial-adaptasiya elementlərini də birləşdirən peşəyönümü işləri aparılır”.
Tələbə və məzunların əmək bazarına inteqrasiyası sahəsində görülən işlərdən də söz açan nazir gənclərin məşğulluğuna yönələn tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb: “Dünyanın bir çox ölkələrində işsizlik getdikcə ciddi sosial böhrana çevrildiyi halda, Azərbaycanda işsizlik kəskin surətdə azalıb. İndi bizim üçün əsas vəzifələrdən biri gənc işçi qüvvəsinin əmək bazarına çıxışının daha dolğun şəkildə dəstəklənməsini təmin etməkdir”. S. Müslümov mövcud işçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı işlərinin gücləndirilməsinin, qadınların məşğulluğunun təminatına diqqətin artırılmasının vacibliyini qeyd edib: “Əlillik təyin olunmuş şəxslərin əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata alınması praktikasına artıq son qoyulub. İndi əsas məqsədimiz həmin şəxslərə işlə təmin olunmalarında fəal yardım göstərməkdir. Hesab edirəm ki, biz bu sahədə aktiv tədbirlərimizi xeyli gücləndirməliyik”. Nazir işəgötürənlər tərəfindən boş iş yerləri (vakansiyalar), işə qəbul edilən və işdən çıxarılanlara dair məşğulluq mərkəzlərinə statistik hesabat formalarının təqdim olunmasının bir çox hallarda formal xarakter daşıdığını, bu hesabatların verilməsinin əksər hallarda gecikdirildiyini vurğulayıb: “Təqdim olunan vakansiyaların keyfiyyəti də diqqətdə saxlanmalıdır. Lakin sirr deyil ki, bu vakansiyaların bir çoxunda qeyd olunan əmək haqqı əmək bazarındakı reallığı əks etdirmir və xeyli aşağı olur”. Hazırda nazirlik yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında ümumilikdə 407 nəfərin çalışdığını qeyd edən nazir bu rəqəmin digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu, işçi sayının əhalinin say tərkibi ilə nisbətdə aşağı, xeyli az olmasının səmərəli aktiv məşğulluq tədbirlərinin təşkilində müəyyən çətinliklər yaratdığını da qeyd edib.
Müşavirədə məşğulluq xidməti orqanları tərəfindən aparılan işlər və məşğulluğun təminatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.
S.Müslümov əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi və s. barədə tapşırıqlar verib. Eyni zamanda, aidiyyatı struktur bölmələrinin rəhbərlərinə məşğulluq xidməti sistemində çalışanların sayının və peşəkarlıq səviyyəsinin artırılması, məşğulluq haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

İlkin






 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info