“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı“ keçirilir
Tarix: 18.04.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı" keçirilir. Mühüm beynəlxalq tədbirin əsas məqsədi gənclərin ulu öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinə çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaqdır. Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Neft kapitalının insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına" bu istiqamətdə töhfə vermək qarşıya qoyulan əsas məqsədlərdəndir.
“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”nın iştirakçıları dünən Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoymuş, onların xatirəsini böyük ehtiramla yad etmişlər.
Konfrans iştirakcıları ümummilli liderin həyatını əks etdirən filmi izlədikdən sonra konfransın təşkilat komitəsi adından dossent Babək Abbasov bildirib ki, "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı"na Azərbaycan, ABŞ,İngiltərə, Almanya, Kanada, İspaniya, Türkiyə, Rusiya, Misir, Yəmən, İran, Türkmənistan, Özbəkistan və Gürcüstanın gənc tədqiqatçıları tərəfindən 783 tezis təqdim edilib, onlardan 589-u qəbul edilib. İştirakçı ölkələrin elm adamlarının iştirakı ilə keçiriləcək beynəlxalq konfransda əsasən təbiət, mühəndislik və filologiya elmləri üzrə məruzələr edilib. Keçən il olduğu kimi bu il də Azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunan tezislər üzərində maraqlı elmi müzakirələrin aparılacağı gözləniləndir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info