“The Washington Times”: “Rusiya və ABŞ açıq səma ilə bağlı müqaviləyə əməl etmir”
Tarix: 18.04.2014 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


“Rusiya Ukraynaya qarşı hazırladığı böyük hücumu gizlədir”

Rusiya amerikan tərəfinə öz ərazisi üzərində yoxlama uçuşunu qadağan etməklə, Açıq Səma ilə bağlı Müqaviləni poza bilər. Ola bilər ki, o, Ukraynaya böyük hücum hazırlığını gizlətməyə çalışır. Amerikan hərbçiləri Ağ Evdən xahiş edirlər ki, yeni rus təyyarələrinin ABŞ üzərində müşahidə uçuşlarını sertifikatlaşdırmasın – onları müasir elektron “içlik” qorxudur. Bu barədə bir sıra xarici KİV-lər yazır. “The Washington Times”ın hərbi müxbiri Bill Hersin bildirdiyinə görə, Rusiya öz ərasizində bu həftəyə planlaşdırılan amerikan yoxlama uçuşunu ləğv edib. Bu uçuş aprelin 14-16-da, 1992-ci ildə imzalanmış açıq səma ilə bağlı müqavilə çərçivəsində olmalı idi. Amma bu uçuşun başlanmasına 72 saat qalmış, Rusiya tərəfi ABŞ Dövlət Departamentinə bildirib ki, uçuşa razılıq verməyəcək.
Son ay müddətində ABŞ hərbi hava qüvvələri bu cür uçuşları hər həftə həyata keçirirdi.
Məqalədə qeyd edilir ki, Rusiyanın bu məsələdə bu cür davranması yalnız onunla izah edilə bilər ki, Moskva Ukraynaya qarşı nələrsə hazırlayır və istəmir ki, onu görsünlər, müşahidə etsinlər.
ABŞ müdafiə nazirliyinin keçmiş məmuru Filip Karber təxmin edir ki, Rusiyanın məqsədi Ukrayna ilə sərhədə topladığı ordularının toplantısını tamamlamaqdır: “Ukrayna ordusunda gözəl agentura kəşfiyyatı var. Amma o, öz sərhədlərindən kənarda tamamilə kordur. Ona görə də təəccüblü deyil ki, ruslar amerikanlara, eləcə ədə onlar vasitəsilə ukraynalılara haradan böyük hücum olacağı barəsində heç bir anlayış vermək istəmirlər”.
Dövlət Departamentində isə güman edirlər ki, Amerika öz borcunu adıçəkilən müqavilə əsasında yerinə yetirməlidir: “Bununla yanaşı, yeni Rusiya təyyarələrinin sertifikatlaşdırılması ilə bağlı məsələ isə ötən ildən dartışılır və Ukrayna böhranından xeyli əvvəl qaldırılıb”.
Yazıda qeyd edilir ki, yeni rus təyyarələri ilə bağlı həyəcanın Ukrayna böhranı ilə əlaqəsi yoxdur: “Hətta Ukrayna böhranı olmasaydı belə, bu, problem olacaqdı”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info