ABŞ nümayəndə heyəti Balaxanıdakı zavodlarla tanış olub
Tarix: 18.04.2014 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları İdarəsinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının iş prosesi ilə tanış olublar.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov qonaqlara zavodların fəaliyyəti və onların ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu barədə məlumat verib.
Hər iki zavodda qonaqlar zavodların əvvəlki və hazırkı vəziyyətinə dair qısa sənədli film izləyiblər. ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları İdarəsinin müdiri xanım Culia Neşeyvat zavodların işini yüksək qiymətləndirib.
Qeyd edək ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının fəaliyyəti ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Belə ki, “Təmiz Şəhər” ASC tərəfindən ötən ilin əvvəlindən zavodlara təşkil edilən məlumat turlarında iştirak etmək istəyən qurum və təşkilatların, təhsil müəssisələrinin və gənclərin müraciətləri getdikcə artır. Təkcə 2013-cü ildə təşkil edilmiş 15 məlumat turunda 500-dən çox ziyarətçi zavodların fəaliyyəti ilə əyani şəkildə tanış olub.
Bu il “Təmiz Şəhər” ASC-yə daxil olan müraciətlərin artması nəzərə alınaraq səhmdar cəmiyyət tərəfindən məlumat turları daha intensiv həyata keçirilməkdədir. Belə ki, son 3 ay ərzində təşkil olunmuş 10 məlumat turuna 200-dən çox iştirakçı qatılaraq, tullantıların atıldıqdan sonra keçdiyi mərhələlər, zavodların ümumi iş prinsipi, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti və ümumiyyətlə tullantıların idarəolunması sahəsində baş verən yeniliklərlə tanış olublar.
Məlumat turlarının təşkil edilməsində məqsəd əhalini müasir standartlara uyğun qurulmuş və idarə edilən Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarının fəaliyyəti ilə tanış etmək, tullantıların düzgün zərərsizləşdirilməsi və emalının verdiyi faydalar haqqında insanları məlumatlandıraraq, onların diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdir.
“Təmiz Şəhər” ASC ümid edir ki, məlumat turlarında iştirak edən hər kəs tullantıların idarəedilməsi prosesinin çoxpilləli və mürəkkəb olduğunun şahidi olaraq, tullantı məsələlərinə daha məsuliyyətlə yanaşacaq və ətrafındakı insanları da buna dəvət edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info