“Ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qarşı qətiyyətlə “yox” deyir”
Tarix: 18.04.2014 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Bu sözləri “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov bir qrup müxalif gəncin ölkə gəncliyi adına iddia etməsinə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bütün dünyaya yayılan tələbə və məzun gənclərimiz seçkilərdə aydın şəkildə mövqeyini ortaya qoyub: “Rəhbərlik etdiyim “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sıralarında olan gənclər, o cümlədən bütövlükdə ölkə gəncliyi son seçkilərdə qəti mövqeyini ortaya qoydu. Bu mövqe ölkənin inkişafına, rifahına, səadətinə verilən dəstək idi və gənclərimiz kütləvi şəkildə seçki məntəqələrinə gedərək, İlham Əliyevə etimad göstərdi. Bu gün Azərbaycan gəncliyinə bütün imkanlar yaradılıb. Gənclərimiz karyera qurmaq, xaricdə təhsil almaq, dövlət və özəl sektorda önə çıxmaq, öz potensialını gerçəkləşdirmək imkanlarına malikdir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Przeident Admisntrasiyası ictimai-siyasi şöbəsi nəzdindən Gənclər təşkilatları ilə iş sektorunun yaradılması, yaradıcıgənclərə öz ideya və baxışlarını paylaşmaq üçün dövlət yardımlarının ayrılması bunun bariz nümunəsidir. O ki qaldı müxalif gənclərin iddialarına, bu iddialar tamamilə əsassız və qeyri-real fikirlərdir”.
Ulu öndər Heydər Əliyevin 91 illiyi ərəfəsində TUMİB tərəfindən bir sıra tədbirlərin keçiriləcəyini deyən qurum sədri bildirdi ki, Heydər Əliyev irsinin öyrənilməsi gənclərimizə sabaha inam aşılayır: “Ulu öndər hələ sovetlər birliyində ölkəyə rəhbərlik etdiyi dönəmlərdə azərbaycanlı gənclərin ittifaq ali məktəblərində təhsil alıb, peşəkar kadr kimi yetişməsinin əsasını qoyub. Bu gün yüksək dövlət idarəçiliyində təmsil olunan yüzlərlə kadr məhz ulu öndər Heydər Əliyevin sayəsində belə peşəkar mövqeyə sahib olublar. Azərbaycan gəncliyinə bu gün diqqət yüksək səviyyədədir və ölkə gəncliyi bütün xarici ideologiyaların ölkəmizə idxalına qarşı qətiyyətlə “yox” deyir. Gənclərimiz azərbaycançılıq və Heydər Əliyev ideyalarına sadiqdir”.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info