“Daxili siyasətə qayıtmaq planım yoxdur”
Tarix: 19.04.2014 | Saat: 01:43:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Abdulla Gül daxili siyasətə qayıtmaq planı olmadığını bəyan edib. Gül Kütahya şəhərində jurnalistlərin bu il keçiriləcək prezident seçkiləri ilə bağlı suallarını cavablandırıb.
“Gələcəkdə siyasətlə məşğul olmaq planım yoxdur. İndi prezident olduğum üçün bəzi məsələləri açıq danışa bilmirəm. Dostlarımızla danışıb, müzakirə aparacağımızı daha əvvəl söyləmişdim” - deyə A. Gül bildirib. Bu açıqlama ilə A. Gül prezidentliyə namizədlikdən baş nazir Ərdoğanın xeyrinə vaz keçəcəyi, Ədalət və İnkişaf Partiyasının sıralarına qayıdaraq bu partiyanın lideri və baş nazir olacağı barədə iddiaları təkzib etmiş olub. Qeyd edək ki, avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə seçiləcək. Birinci turda heç bir namizəd 50%-dən çox səs toplamasa, avqustun 24-də ikinci tur olacaq.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info