“Rusiyanın Ukraynaya ordu yeritmək niyyəti yoxdur”
Tarix: 19.04.2014 | Saat: 01:56:00 | E-mail | Çapa göndər


Rusiya, ABŞ, AB və Ukrayna XİN rəhbərləri Cenevrədə Ukraynadakı böhranın həlli istiqamətində konkret addımlara dair bəyanat qəbul ediblər.
Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. “Biz sənədi dəstəklədik. Bu 17 aprel tarixli Cenevrə bəyanatıdır. Sənəddə gərginliyin aradan qaldırılmasına və Ukraynanın bütün vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına dair ilkin konkret addımların atılmasının vacibliyi vurğulanıb”- deyə o bildirib. Cenevrədə razılaşdırılmış sənəd Ukraynada cinayət törədən şəxslər istisna olmaqla, bütün etirazçıların əfv olunmasını nəzərdə tutur. Ukrayna ərazisində bütün qanunsuz birləşmələr tərksilah olunmalı, zəbt olunmuş binalar boşaldılmalıdır. Sənəd bölgələrin iştirakı ilə konstitusiya prosesi çərçivəsində dərhal dialoqa başlamağa çağırır. Lavrov elan edib ki, Rusiya Ukraynaya ordu yeritmək niyyətində deyil: “Bizim Ukraynaya, qardaş xalqın yaşadığı dost dövlətin ərazisinə ordu yeritmək niyyətimiz yoxdur. Bu Rusiyanın əsas maraqlarına ziddir”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info