Müsabiqə yolu ilə 154 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin olunub
Tarix: 19.04.2014 | Saat: 02:07:00 | E-mail | Çapa göndər


Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın oktyabrın 4-də və 25-də, noyabrın 5-də və 20-də 99 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb. Bu barədə komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Müsabiqədə iştirak etmək üçün komissiyada 2325-i qadın olmaqla 6406 namizəd qeydə alınıb. Qeydə alınmış 6406 namizədin orta hesabla 81,78 faizini gənclər təşkil edib.
Müsabiqənin test imtahanı mərhələsi 2013-cü il dekabrın 3-də, 2014-cü il yanvarın 15-də keçirilib. Namizədlərdən 2156 nəfəri (bütün namizədlərin 33,66 faizi) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 1374 nəfəri (bütün namizədlərin 21,45 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub. Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 746 nəfər 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 255 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Müsabiqənin müsahibə mərhələsi 2013-cü il dekabrın 23-də, 2014-cü il aprelin 18-də keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1183 namizəddən 120 nəfəri bu mərhələdə iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 396 nəfəri uğur qazanmış, 667-si isə vəzifəyə uyğun hesab edilməyib. Müsahibədən uğurla keçənlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 154 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir. Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları aşağıdakılardır: Əmlak Məsələləri Dövlət Komitəsi - 54 nəfər müsahibə mərhələsindən uğurla keçib; Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi - 32 nəfər müsahibə mərhələsindən uğurla keçib; İqtisadiyyat və Sənaye Nazirliyi - 21 nəfər müsahibə mərhələsindən uğurla keçib; Gənclər və İdman Nazirliyi - 20 nəfər müsahibə mərhələsindən uğurla keçib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info