Ukraynadan Rusiyaya qadağa
Tarix: 19.04.2014 | Saat: 02:09:00 | E-mail | Çapa göndər


Ukrayna Sərhəd Xidməti Rusiya vətəndaşı olan 16-60 yaşlı kişilərin ölkəyə girişinə qadağa qoyulması xəbərini təsdiqləməyib. Ukrayna Sərhəd Xidmətinin rəisinin müavini Sergey Astaxov açıqlamasında bildirib ki, Kiyev, Ukraynada antiterror əməliyyat həyata keçirildiyindən rusiyalılar da daxil olmaqla, xarici vətəndaşları ölkəyə səfər etməkdən çəkinməyə çağırıb.
Astaxovun sözlərinə görə, Ukrayna Sərhəd Xidmətinin xəbərdarlığı “Aeroflot” tərəfindən təhrif olunub. Rusiyanın "Aeroflot" şirkəti Ukrayna tərəfinin Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacağı barədə açıqlama verib. Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar. Bundan başqa eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb. Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər. Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq. Onu da qeyd eək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Yanukoviç dövründə Maydanda baş vermiş cinayətləri araşdıra biləcək. BCM katibi Ukrayna hökumətindən müvafiq məktub alıb. Həmin məktubda BCM-ə 2013-cü ilin noyabrın 21-dən 2014-cü ilin fevralın 22-dək Ukrayna ərazisində törədilmiş cinayətlərin araşdırılması hüququnun verildiyi bildirilir. Lakin BCM-ə bu hüququn tanıdılması o demək deyil ki, o, dərhal cinayətlərin araşdırılmasına başlaya biləcək. BMC prokuroru təqdim olunmuş məlumatın cinayət işinin qaldırılması üçün yetərli olub-olmayacağını müəyyənləşdirməli olacaq. Hətta araşdırma başlasa belə, prokuror əldə olunmuş dəlil-sübutların əsasında cinayətlərdə ittiham olunan şəxslərin həbsi üçün hakimlərdən orderin istənilib-istənilməməsinə dair qərar verməli olacaq. Qeyd edək ki, BCM-in səlahiyyət çərçivəsinə yalnız ən ağır beynəlxalq cinayətlər aiddir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info