Bu il Suraxanı rayonunda 926 yeni iş yeri açılıb
Tarix: 19.04.2014 | Saat: 02:13:00 | E-mail | Çapa göndər


Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilib. Şura iclasında məruzə ilə çıxış edən RİH başçısı İlqar Abbasov qeyd edib ki, Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi məqsədilə Prezidentin sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
2014-cü ilin 1-ci rübü ərzində rayonda sənaye məhsulunun istehsalı 74,4 milyon, tikinti-quraşdırma işləri 40,8 milyon, nəqliyyat xidmətləri 4,6 milyon, əsas kapitala yönəldilən investisiyalar 12,1 milyon manat olub. Həmçinin, orta aylıq əmək haqqı 589 manat olub, pərakəndə ticarət dövriyyəsi 2,4% artaraq 59,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,5% artaraq 64,2 milyon manat olub, 926 yeni iş yeri açılıb, 4,1 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Bu dövr ərzində Hövsan qəsəbəsində tutumu 2000 nömrə olan ATS tikilib, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının salınması, “Gənclər evi”nin, 84 saylı məktəbin yerində yeni 960 şagirdlik məktəb binasının, 104 saylı məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi, 5, 262 saylı və Qasım Qasımov adına uşaq bağçalarında, 282 saylı məktəbdə əsaslı təmir işləri davam etdirilib. Bundan başqa, 87, 114, 140 saylı məktəblərdə əsaslı təmir işlərinə, 118 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, yeməkxana, idman və akt zalının, 146 saylı məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusunun, idman və akt zalının tikintisinə, Yeni Suraxanı qəsəbəsində mini futbol meydançasının əsaslı təmirinə başlanılıb və işlər davam etdirilir.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 100 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində növbəti kredit yarmarkası keçirilib, 19 sahibkarlıq subyektinə 6,6 milyon manat güzəştli şərtlərlə kredit verilib.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilib, neftlə çirklənmiş torpaqlarda sahəsi 1,2 ha olan müxtəlif ölçülü gölməçələr qurudulub, lay suları və neftlə çirklənmiş 1,94 ha torpaq sahəsi rekultivasiya edilib, 11 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə kimi Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 46,0 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olub, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12,5 mindən artıq istifadəçi faydalanıb.
İlqar Abbasov qeyd edib ki, əhalinin tibbi müayinəsi uğurla davam edir. 1 aprel tarixə 90 minə yaxın vətəndaş və 93-dən çox kollektiv pulsuz tibbi müayinədən keçib, 2500 nəfərdə müəyyən xəstəlik aşkar olunub və 200 nəfər sakin stasionar müalicəyə götürülüb.
2014-cü ilin 1-ci rübü ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 532 ailəyə yeni sosial müavinət, 568 ailəyə ünvanlı sosial yardım təyin edilib, ümumiyyətlə 2787 ailə sosial yardım, 6865 nəfər sosial müəvinət sistemi ilə əhatə olunub, 239 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilib.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən bu dövr ərzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 405,5 min manat vəsait toplanıb, artım 14,5% olub, 27366 nəfər təqaüdçüyə xidmət göstərilib və 15,1 milyon manatdan artıq pensiya ödənilib.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu dövr ərzində rayon əhalisinə 170 ton kənd təsərrüfatı məhsulları satılıb.
Sakinlərlə yerlərdə səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılıb, 2014-cü ilin 1-ci rübündə 533 nəfər sakinin iştirakı ilə 8 səyyar görüş-qəbul keçirilmiş RİH-də 515 nəfər vətəndaş, o cümlədən RİH başçısı tərəfindən 146 nəfər vətəndaş qəbul edilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib
13.12.2018
“Sağlam məktəbli” layihəsi davam edir
13.12.2018
Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info