“Xəzər dənizinin enerji ehtiyatlarının nəqli şaxələndirilməlidir”
Tarix: 19.04.2014 | Saat: 02:18:00 | E-mail | Çapa göndər


“ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmini istiqamətində Xəzər dənizinin enerji ehtiyatlarının və xüsusilə təbii qazın nəqli yollarının şaxələndirilməsi vacibdir”. Bu barədə ABŞ-ın enerji naziri Ernest Moniz "Təbii qazın dəyişən landşaftı" adlı genişmiqyaslı siyasi forumda enerji təhlükəsizliyinin təminində Xəzər dənizi və Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr zamanı deyib.
E.Moniz bu məqsədə xidmət edən enerji layihələrinin ABŞ hökuməti tərəfindən dəstəkləndiyini bildirib.
ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində Corciya Texnologiya İnstitutunun təşəbbüsü ilə keçirilən forumun "Yeni qaz erası astanasında: tendensiyalar, problemlər və imkanlar" panelində "TransAvropa və Avrasiya regionunda enerji təhlükəsizliyinin dəyişən mənzərəsi" mövzusunda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov enerji bazarında etibarlı tərəfdaş imicini qazanmış Azərbaycanın enerji diplomatiyası barədə qısa məlumat verib, bu xüsusda Xəzər dənizinin enerji ehtiyatlarının Qərbə istiqamətlənməsinin əsasını qoyan "Əsrin müqaviləsi"ndən bəhs edib.
Səfir E.Süleymanov enerji ehtiyatlarına sahib olmaqla bu ehtiyatlardan səmərəli istifadənin strateji yanaşmaya əsaslandığını, Azərbaycan hökumətinin bu xüsusda verdiyi strateji qərar və seçimlərindən danışıb və hazırda reallaşdırılmaqda olan irimiqyaslı enerji layihələrinin Azərbaycan hökumətinin strateji baxış və siyasi iradəsini təcəssüm etdirdiyini bildirib.
Alternativ enerji mənbələri və yollarının enerji təhlükəsizliyinin təminində rolundan danışan diplomat Avropanın geosiyasi mənzərəsini dəyişən layihə kimi xarakterizə edilən"Cənub dəhlizi" layihəsini qeyd edib. Səfir hazırda Avropa bazarına yeganə yeni təbii qaz axınının məhz Azərbaycandan nəql edildiyini bildirib.
Sözügedən paneldə həmçinin Vaşinqtonda yerləşən Strateji və beynəlxalq Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının direktoru Sarah Ladislav "Dəyişən qlobal və milli landşaft: Ümumi baxış" mövzusunda çıxış edərək, yaxın gələcəkdə ABŞ-ın təbii qaz ehtiyatlarının ixracının mümkün olacağını, lakin qiymətlərin münasibliyi baxımından bu ixracın əsasən Asiya bazarını cəlb edəcəyini qeyd edib. Buna görə də Azərbaycan qazının Avropa üçün strateji əhəmiyyəti aktuallığını uzun müddət saxlayacağını bildirib.
Birinci paneldə həmçinin ABŞ-ın nüfuzlu enerji şirkətlərinin nümayəndələri və araşdırmaçıları Şimali Amerika regionunda enerji sektorunun bərpası, qaz inqilabının ABŞ-ın cənub şərq regionlarına təsiri və qaz və iqtisadi rəqabətədavamlılıq barəsində təqdimatlar edib.
Qeyd edək ki, Atlanta şəhərinə səfəri çərçivəsində E.Süleymanov 1885-ci ildə əsası qoyulmuş və ABŞ-ın aparıcı araşdırma mərkəzlərindən biri olan Corciya Texnologiya İnstitutu nəzdindəki Beynəlxalq münasibətlər üzrə Sam Nan Mərkəzində Azərbaycanın enerji diplomatiyası barədə çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info