Sərhədçilərimiz ərəb həmkarlarına dərs keçiblər
Tarix: 21.04.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün "Sərhəd nəzarəti"nə dair təlim proqramının tədrisi təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü ilin aprel ayının 7-18 tarixlərində keçirilən tədris çərçivəsində Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Azərbaycanın milli sərhəd siyasətinə regional və beynəlxalq təhlükəsizlik kontekstində baxış, sərhəd mühafizəsinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti və sərhəd nəzarəti mövzuları üzrə məruzələr edilib və təqdimatlar keçirilib.
Dinləyicilər Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi, "Samur" dövlət sərhədindən buraxılış məntəqəsi, Heydər Əliyev Beynəlxalq Hava Limanlarında sərhəd nəzarət şöbəsi, DSX Xüsusi Məktəbi və Kinoloji Mərkəzinin fəaliyyəti və mövcud imkanları ilə tanış olub, Xarici İşlər Nazirliyinin "ADA"Universitetinə səfər edib, həmçinin ölkəmizin tarixi yerləri və memarlıq abidələri ilə tanış olublar.
DSX Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunmuş kursun yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin baş direktoru general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat, Səudiyyə Ərəbistanının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, digər rəsmi şəxslər iştirak ediblər.
General-leytenant Elçin Quliyev və general-leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat tədbirdə çıxış edərək Azərbaycan və Səudiyyə Ərəbistanının sərhəd xidmətləri arasında ikitərəfli münasibətlərin son illər ərzində yüksələn xətt üzrə inkişaf etməsini, Səudiyyə Ərəbistanının sərhəd xidmətinin əməkdaşları üçün təşkil olunmuş kursun qurumlararası əməkdaşlığın gücləndirilməsinə ciddi töhfə verməsini qeyd edib və bu təcrübənin gələcəkdə daha da genişləndiriləcəyi barədə tədbir iştirakçılarına məlumat veriblər.
Səudiyyə Ərəbistanının Sərhəd Xidmətinin baş direktoru general- leytenant Zumeyyim bin Cuveybir Əs-Səvvat əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması üçün yaradılmış yüksək səviyyəli şəraitə görə öz minnətdarlığını bildirib.
Mərasim sonunda tədrisə cəlb olunmuş heyətə sertifikatlar təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info