İranın 517 şəhərində içməli su problemi yaranıb
Tarix: 21.04.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


İranda 517 şəhərdə su qıtlığı yaranıb və içməli su problemi böhran vəziyyətinə çatıb. Bu sözləri İranın Su və Kanalizasiya Təchizatı Şirkətinin direktoru Həmidrza Canbaz deyib.
İranın İRNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, H.Canbaz su qıtlığına səbəb kimi əhalinin qeyri-bərabər artımı, şəhər ətraflarında yaşayış massivlərinin çoxalması, inkişaf planlarının su ehtiyatlarına uyğun aparılmaması və s. göstərib.
Qeyd edək ki, 2013-cü ilin iyul ayının əvvəlində İranın bir neçə şəhərində əhaliyə içməli suyun qrafiklə və normalar tətbiq etməklə verilməsinə başlanmışdı. Yay fəsli ilə əlaqədar Gilan, Hörmuzqan və Kirman əyalətlərinin bəzi şəhərlərində su qrafiklə verilirdi.
Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 40 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq bu ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub.
Sonuncu dəfə İranda 2008-ci ilin yay aylarından yeni quraqlıq dövrü başlayıb. Həmin vaxt bu ölkənin bəzi şəhər və kəndlərində içməli suya kvotalar tətbiq olunub.
İranda quraqlıq dövrü adətən 5-7 il arası olur. 2008-ci ildə başlayan quraqlığın bir neçə il davam edəcəyi ehtimal olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tereza Mey istefasını elan edib - VİDEO
24.05.2019
İğtişaşların ardı-arası kəsilmir
24.05.2019
“Ərdoğanın Aİ-yə ehtiyacı yox, Aİ-nin Ərdoğana ehtiyacı var“
24.05.2019
Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürülüb
24.05.2019
Con Bolton Şinzo Abe ilə görüşəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info