Qızıl istehsalı il ərzində 30 faizdən çox artıb
Tarix: 21.04.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining plc" (AAM) şirkəti cari ilin I rübündə "Gədəbəy" kompleks mədənində hasil edilən 11 312 unsiya qızıl istehsal edib. Bu barədə şirkətin saytında məlumat verilib. Müqayisə üçün deyək ki, şirkət 2013-cü ilin I rübündə 8 585 unsiya qızıl istehsal edib.
AAM hesabat dövründə 10 403 unsiya (qızılın unsiyası orta hesabla 1303 dollar) qızıl satıb.
Şirkət, həmçinin "Qoşa" yatağının mütəmadi işlənməsinə başlayıb. Belə ki, I rübdə 1095 ton qızıl filizi (1 tonda orta hesabla 12 qram qızıl) hasil edilib, bu həcmdən 250 ton emal edilməsi üçün "Gədəbəy" yatağına göndərilib. AAM-ın proqnozlarına görə, 2014-cü ildə "Qoşa" yatağında 58 min ton filiz (1 tona görə orta hesabla 6 qram qızıl) hasil ediləcək ki, bu da təqribən 10 min unsiya qızıl istehsal etməyə imkan verəcək.
Şirkətin rəhbəri Rza Vəzirinin sözlərinə görə, AAM cari ildə hasilat həcmləri üzrə proqnozları 80-90-dan 62-67 min unsiya qızıladək endirib.
O qeyd edib ki, azalma bu yaxınlarda işə salınmış qızılın çən yuyulması zavodunun gözlənilən istehsal həcmlərinin yenidən hesablanması ilə əlaqədardır: "Bununla belə, biz cari ildə ötən il hasil ediləndən (52 068 unsiya) daha çox qızıl istehsal etmək niyyətindəyik və səmərəliliyin artırılması üzərində işləri davam etdiririk".
Qeyd edək ki, Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi ("Qoşa", "Gədəbəy" və "Ordubad") daxildir.
Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi "Gədəbəy" kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info