Azərbaycan şirkəti Qırğızıstanın elektron vergi sistemini qurub
Tarix: 21.04.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) avtomatlaşdırılmış sisteminin tətbiqinin nəticələri üzrə beynəlxalq konfrans keçirilib. İKT İnformasiya Mərkəzindən bildirilib ki, Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu layihə Azərbaycanın SİNAM şirkəti tərəfindən həyata keçirilib.
Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbəri Zamirbek Osmanov bildirib ki, sistemin qiyməti 10 milyon ABŞ dollaır təşkil edir. Artıq Qırğızıstanın vergi ödəyəcilirənin 61%-i sistemin üstünlüklərini müsbət qiymətləndirib. Sistem çərçivəsində "Vahid pəncərə" xidməti tətbiq edilib; yoxlanışların keçirilməsi, hesab-fakturaların əldə olunması, bəyannamələrin baxılması və s. haqqında izahatlar və məlumatlandırma göstəriciləri üzrə çoxlu sayda müsbət dəyişikliklər mövcudur.
SİNAM şirkətinin prezidenti Elçin Əliyev yeni sistemin strukturu və istifadə edilmiş texnologiyalar haqqında danışıb. Belə ki, Qırğızıstanda ilk dəfə olaraq elektron hökumət sistemi üçün lazım olan əlaqə mərkəzi, analitik hesabatlılıq altsistemi, elektron imza infrastrukturunun dəstəklənməsi, dövlət təşkilatları üçün elektron xidmətlər, vergi ödəyicilərinin təşkilatları üçün elektron xidmətlər və vətəndaşlar üçün elektron xidmətlər kimi bütün komponentləri əhatə edən tam inteqrasiya olunmuş sistem yaradılıb.
Funksional prinsipə əsaslanan vergi xidmətinin yeni strukturu hazırlanıb tətbiq edilmişdir: vergi ödəyicilərilə iş, gəlirlərin uçotu və bəyannamələrin işlənməsi, vergi borcunun alınması, vergi ödəyicilərinin auditi, apellyasiya.
Konfrans zamanı Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbərliyi layihənin müvəffəqiyyətlə icra etdiyinə görə SİNAM şirkətinə öz dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, vergi inzibatçılığının islah edilməsi və təkmilləşdirilməsi bir neçə mərhələyə həyata keçirildi. Avtomatlaşdırılmadan öncə tədris mərkəzi yaradıldı ki, bu da avtomatlaşdırma prosesi zamanı, demək olar ki, hər bir əməkdaşa (2300-dən çox) təlim keçmək imkanını yaratdı. Analitik sistemlərin yaradılması və hesabatlılığın qurulması məqsədilə tətbiq edilmiş həllər bütün təşkilat miqyasında ən yaxşı qərarın qəbul edilməsi üçün tam və vacib məlumatı vaxtında əldə etməyə imkan verən biznes-təhlil üçün nəzərdə tutulan müasir platformanı təmin edir.
Qırğızıstanın vergi xidmətinin informasiyalaşdırılması Asiya İnkişaf Bankının layihəsi çərçivəsində davam edtiriləcək. Perspektivdə elektron xidmətlərin, vergi hesabatlarının və vergi ödənişlərinin elektron şəkildə təqdim edilməsi, digər qurumların məlumat sistemləri üçün elektron xidmətlər, internet və mobil bankçılıq kimi innovasiyalı vergi ödənişi üsullarının daha da genişləndirilməsi və təkmilləşdirilməsi planlaşdırılıb.
Gələcəkdə həmçinin risk-yönümlü vergi nəzarət sisteminin genişləndirilməsi, vergi daxilolmalarının mərkəzləşdirilmiş avtomatlaşdırılmış uçotu, üçüncü tərəflərlə məlumat mübadiləsinin genişləndirilməsi, Dövlət Vergi Xidmətinin əməkdaşlarının təlimi üçün elektron sistemin tətbiqi və digər bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info