Səbail rayon məktəblərində Heydər Əliyev dərsləri
Tarix: 21.04.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə Səbail rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin keçirilməsi davam edir.
Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xüsusi qrafik tərtib olunub, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.
Açıq dərslərin keçirildiyi müddətdə rayonun bir sıra orta məktəblərinin XI sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub, həmçinin onların Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatındakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları və «Fəxri Xiyaban»da ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması nəzərdə tutulub. Səbail rayonunda keçirilən növbəti açıq dərs Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib. Dərsdə rayonun 51, 162, 190 və 239 saylı orta məktəblərinin 340 nəfər XI sinif şagirdi, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, pedaqoji işçilər, həmçinin akademiyanın müəllimləri iştirak ediblər. İlk öncə şagirdlər və qonaqlar Akademiyada yaradılmış Heydər Əliyev universiteti ilə tanış olub, ulu öndərin muzeydə nümayiş olunan fotoları, onunla bağlı digər sənədlər və stendlər məktəblilərdə xoş təəssüratlar oyadıb. Tədbirin əvvəlində Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov və Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə çıxış edərək tədbirin əhəmiyyəti, ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun müstəqil Azərbaycanın möhkəmlənməsi və tərəqqisi istiqamətində gördüyü işlərdən danışıblar.
2 saylı Texniki humanitar elmlər liseyinin müəllimi Sevil Nəsibova və 203 saylı orta məktəbin müəllimi Haqverdi Cəfərov tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib. Qeyd olunub ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqı sədaqətlə xidmət etmək nümunəsidir. Keçirilən digər açıq dərs isə rayonun 6, 162, 189, 203, 236 saylı orta məktəbləri və 132-134 saylı Təhsil Kompleksinin 200 nəfər XI sinif şagirdi üçün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında təşkil olunub. Burada da şagirdlər qərargahdakı Heydər Əliyev guşəsində stendlərlə tanış olublar. Qeyd olunub ki, ümummilli liderin zəngin həyat yolu ilə tanış olan məktəblilər xüsusilə, ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük fəaliyyəti ilə əlaqədar fəaliyyətinə böyük maraq göstəriblər. Məlumat verilib ki, dahi rəhbər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üzbəüz şəraitdə qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti ölçüyəgəlməz olub. Xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılıb və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılıb. Ulu öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olub. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info