Ali dini lider qadın məhbuslara amnistiya elan etdi
Tarix: 21.04.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi amnistiya elan edib.
İranın ali dini liderinin rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 20 aprel - Həzrəti Fatimənin (ə) doğum günü münasibətilə ölkə həbsxanalarında cəza çəkən məhbus qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanmasını xahiş edib.
İranın ali dini lideri təklifi qəbul edib. Belə ki, 6 ayadək, 6 aydan 1 il, 1 ildən 5 il, həmçinin 5 ildən daha çox müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslər, öhdəsində azyaşlı uşaq olan qadınlar, həyat yoldaşı həbsdə olan qadınlar, borca görə məhkum olunmuşlar, anlaqlı olmayan vəziyyətdə cinayət törədənlər azadlığa buraxılacaqlar. Amnistiya yalnız cinayət, xüsusilə ağır cinayət törədənlərə, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunmuşlara, silah-sursat və narkotik maddələrin qaçaqmalçılığı, silahlı soyğun və quldurluq, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış vətəndaşlara şamil olunmayacaq. Qərarın nə qədər məhbus qadına şamil ediləcəyi açıqlanmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info