Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edəcək
Tarix: 21.04.2014 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının "Təlim və İnkişaf İnstitutu" və onun Azərbaycandakı tərəfdaşı "İnkişaf Naminə İdman" İctimai Birliyi tərəfindən həyata keçirilən "Beynəlxalq İdman Proqramı Təşəbbüsü: Azərbaycanda əlilliyi olan gənclər üçün idman" layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ-a səfər edəcək.
Məlumata görə, layihədə iştirak edən 13 mütəxəssis və bir müşayiətçi ABŞ-a üç həftəlik səfər edəcək. Səfər 2014-cü ilin sentyabr ayının 27-dən oktyabr ayının 17-dək davam edəcək.
Məlumatda qeyd olunur ki, Azərbaycan nümayəndə heyəti amerikalı mütəxəssislər və əlilliyi olan gənclərlə birgə təlim, idman və sosial fəaliyyətlərə cəlb olunacaqlar. ABŞ kolleclərindən olan məruzəçilər əlillik və əlil idmanı ilə bağlı Birləşmiş Ştatların tarixi və təcrübəsindən mühazirələr oxuyacaqlar. Əlillik və idman mütəxəssisləri ilə təşkil olunacaq müzakirələrdə dövlət və özəl qurumların müvafiq sahədəki vəzifələrindən danışılacaq, habelə ixtisaslaşdırılmış və inteqrasiyalı proqramların faydasına toxunulacaq. Əlillik və idman sahəsində ixtisaslaşan qurumlara və məktəblərə səfər zamanı Azərbaycan nümayəndə heyəti xüsusi qayğıya ehtiyacı olan ABŞ gəncləri və onlara xidmət edən proqramlarla yaxından tanış olmaq imkanı qazanacaqlar.
Layihədə iştirak üçün yalnız ümumtəhsil orta məktəbinin fiziki tərbiyə müəllimləri, məşqçilər, idman təlimatçıları və əlillik üzrə ixtisaslaşan özəl, həmçinin ictimai müəssisələrdə çalışan işçilər müraciət edə bilərlər.
İştirak üçün müraciət edən fiziki tərbiyə müəllimlərindən əlillik, əlilliyi olan şəxslərlə işləyən mütəxəssislərdən isə idman sahəsində əvvəlki iş təcrübəsi tələb olunmur. ABŞ-a səfər zamanı nümayəndə heyəti üçün tərcüməçinin təşkil olunduğunu nəzərə alaraq iştirakçıların ingilis dili bilməsi vacib deyil. Layihədə iştirak üçün əlilliyi olan şəxslər də müraciət edə bilərlər. Onların səfər zamanı yaranmış ehtiyacları müvafiq qaydada ünvanlanacaqdır.
Layihə Birləşmiş Ştatların Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub
19.02.2019
YAP Pirallahı rayon təşkilatı sədrinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info